Ata və iki övladı tələbə krediti alıblar
Eyni ailənin iki və daha çox üzvünə rəsmiləşdirilmiş təhsil tələbə krediti ilə bağlı statistika açıqlanıb.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev Fondun hesabat tədbirində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində dörd ailənin hər birindən üç nəfər təhsil tələbə krediti alıb.
"Bir ailə payız, üç ailə isə yaz semestrində kredit alıb. Bir ailədən ata və iki övladı kredit götürməyə müvəffəq olub. Həmçinin 270 ailənin iki üzvü təhsil tələbə krediti alıb. Onlardan 96-sı payız, 174-ü isə yaz semestrində kredit alıb. Ümumilikdə iki və daha çox üzvü kredit alan ailələrin sayı 274-dür. 138 ailə (277 nəfər) sosial, 136-sı (275 nəfər) isə standart TTK götürüb", - deyə o qeyd edib.
Qeyd edək ki, 2021-2022-ci təhsil ili üzrə təhsil tələbə kreditləri ilə bağlı 10 597 müraciət olub. Yekunlaşdırılmış 7962 müraciətdən 6815-nə müsbət cavab, 1147 müraciətə isə imtina verilib. Rəsmiləşdirilmiş TTK üzrə vəsaitin həcmi 5 991 947,67 manat olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1378 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr