"Düş, söhbət edək, maykada maşın sürərlər?" deyən polis işdən çıxarıldı - VİDEO
Bakıda "Düş, söhbət edək, maykada maşın sürərlər?" deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.
Belə ki, M.Qasımov işdən çıxarılıb, E.İsgəndərov isə şiddətli töhmət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı barəsində intizam tədbirləri seçilib:
"İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır".
Qeyd edək ki, bir müddət əvvəl Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Eyni zamanda, polis vətəndaşa: "Düş, söhbət edək, maykada maşın sürərlər?" - kimi sözlər deyib.
Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov da sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda, onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə: "Mən içkili deyiləm, sözümə inanmırsan?" - cavabını verib. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini deyib və mübahisə yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2297 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr