"Ermənistana ərazi iddiası etməliyik" - Fazil Mustafa
Ermənistandan qaçqın olan bir qrup azərbaycanlı Göyçə-Zəngəzur Cümhuriyyətinin yaradıldığını elan edib. Ankarada nümayəndəlik açılıb və bayraq təqdim edilib.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ermənilərlə ideoloji mübarizədə belə hallar olmalıdır:
"Bu da bir təşəbbüsdür. Hər halda müzakirə olunmalıdır, amma konkret olaraq mən bu təşəbbüsün əleyhinə deyiləm. Ermənilərlə ideoloji mübarizədə belə hallar olmalıdır. Daha ciddi şəkildə bu məsələyə yanaşmaq lazımdı. Bütün hallarda belə qurumun mövcudluğu dövlətin iradəsi ilə olmalı idi. Dövlətin iradəsi bu məsələdə yoxdur. 3-4-5 nəfər təməlsiz, qeyri-sağlam şəkildə yaradırsa, bu, böyük problem yarada bilər. Hər halda insanların təşəbbüsünə qarışmaq olmaz. Amma bunu ciddi alt yapısı olan bir hadisə kimi həyata keçirtmək lazımdır. Təəssüf ki, bunu hələ ciddi qəbul edə bilmirəm. Hələ kimlərin nə məqsəd güddüyü bəlli deyil.
Biz Ermənistana ərazi iddiası etməliyik. Ermənistanın bizə qarşı ərazi iddiası varsa,biz də qarşılığında bunu etməliyik".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir