Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Əlahəzrət, əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.
Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpa olunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.
Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir