Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər? - RƏY

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər? - RƏYGürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazır olduğunu bildirib.

Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistanı sülhə gətirə bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan tərəfinin niyyəti yoxdursa, üçüncü tərəfin sülh missiyasından nəticə əldə oluna bilməz. Üçüncü tərəflər əsirlərin qaytarılması və ya mübadiləsi yönündə fəaliyyət icra edirlər, amma yekun sülh sazişi üçün Ermənistanın niyyəti olmadığına görə bu mümkün olmayacaq:
Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər? - RƏY"İndiki mərhələdə sülh yarada biləcək tərəf varsa, bu, Ermənistandır. Kimin vasitəçilik etməyindən asılı olmayaraq, Ermənistan Azərbaycanın üçtərəfli bəyanatda göstərdiyi şərtlərə uyğun mesaj verməlidir. Ermənistan baş naziri Paşinyanın BMT kürsüsündə çıxışı zamanı sülhə yönəlmiş heç bir mesaj görmədik. Paşinyan Azərbaycana müharibə elan etmiş kimi göründü. Artıq bizim təmas xəttimizdə olacaq ərazilərdə Ermənistan beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifini irəli sürüb. Yəni kimin vasitəçi olmasından asılı olmayaraq, ortada Ermənistanın niyyəti yoxdur. Ermənistan tərəfinin niyyəti yoxdursa, üçüncü tərəfin sülh missiyasından nəticə əldə oluna bilməz. Ermənistan sülh sazişi yönündə müsbət mesajlar versə, bizə vasitəçi də lazım olmaz. Vasitəçilərin rolu tərəfləri masada razılaşdırmaq olur. Nensi Pelosinin Ermənistana səfəri və Paşinyanın BMT-də çıxışından sonra sülh sazişinə getməkdən daha çox eskalasiyanın mövcud olacağını sezdim. Paşinyanın beynəlxalq kürsüdə çıxışında sülhə yönəlik mesaj verilmədi. Əksinə, üçtərəfli bəyanatda göstərilən müddəaların da arxasında durulmadı. Ona görə də üçüncü tərəfin vasitəçiliyinin müsbət addım olacağını düşünmürəm. Təbii ki, Gürcüstan bizim qonşu dövlətimizdir. Siyasi, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir, amma sülh vasitəçiliyini kimin etməsindən asılı olmayaraq Ermənistan buna razı olmayacaq. Üçüncü tərəflər əsirlərin qaytarılması və ya mübadiləsi yönündə fəaliyyət icra edirlər, amma yekun sülh saziş üçün Ermənistanın niyyəti olmadığına görə bunun mümkün olacağını düşünmürəm. İndiki mərhələdə Ermənistanı sülhə gətirməyin Gürcüstandan daha çox Rusiyadan asılı olduğunu düşünürəm. Gürcüstanla Ermənistanın münasibətləri sırf siyasidir, amma Ermənistan gücdən anlayır. Onun üzərinə həm siyasi, həm hərbi güc və hər hansı təzyiqi göstərəcək tərəf Rusiyadır. Çünki Rusiyanı neytrallaşdırmaq üçün Nensi Pelosinin Ermənistana səfəri onları əks istiqamətə getməyə ruhlandırdı. Yəni artıq Rusiyanın təsirindən çıxma vəziyyətinə girdi. Ermənistanı sülhə məcbur edən Rusiya ola bilərdi, ancaq onlar rusiyadan qopma meylinə giriblər. ABŞ da Ermənistanı əks yöndə cəsarətləndirir. Ermənistan bu eskalasiyanın nə ilə nəticələnəcəyini hələ də bilmir. Ermənistan təxribat edib sonra da BMT- də şikayət edir. Əslində burda çözüləcək məsələ Ermənistandadır. Ermənistan sanki eskalasiyanın artmasına maraqlı kimi görünür".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2596   Tarix: 23 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr