Miqran Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir - 27 sentyabr və sonra...

Miqran Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir - 27 sentyabr və sonra..."Bitdi! "Status-kvo" da, Qarabağa yüksək status da! Biz bu qara yara olan xalq üçün düşmənik, bunu heç bir status, heç bir birgə yaşayış dəyişdirə bilməz. Biz bunları son dığasınadək torpaqlarımızdan çıxarmayanadək axan qanımız durmayacaq, analarımızın göz yaşları qurumayacaq. Ağır yoldur, amma şərəfli və Azərbaycana yaraşan yoldur. Başqa yol yoxdur!" Bu sətirləri 2020-ci ilin şərəfli 27 sentyabr günündə, müharibə başlayandan bir neçə saat sonra yazmışdım. Ordumuza güvənərək, bu savaşdan mütləq qalib çıxacağımıza inanaraq! O inamın içərisində elə yaşantılar var ki, indi onları yazmaq, oxucuda azacıq təsəvvür yaratmaq belə mümkün deyil.

Sovet kinolarında olur: kimsə müharibə başlayan gün haqda "dünən kimi xatırlayıram…" deyər. 27 sentyabr da mənim yadımda elə kinodakı kimi qalıb.

Ağdamlı bibim oğlunun ad günü idi, ona zəng etdim, "sənin yubileyinə bundan böyük hədiyyə olmazdı, kəndlərin ardınca Ağdam da işğaldan azad olunacaq" dedim. Ani sükutu telefonun o başından "Şuşasız Ağdamı neyləyirik…" sözləri pozdu. Nə biləydik ki, bu, 27 sentyabrın sonuna 8 Noyabr möhürünü vuracaq. Bu dəfə mənim yubiley günümdə həm də…

Gizlətmirəm, bu müharibənin sonunda düşmən ölkənin son nümayəndəsinədək torpaqlarımızdan təmizlənməsini istəmişəm. Erməninin Azərbaycanla düşmənçilikdən vaz keçməyəcəyini, dünyanın isə bu millətin içimizdən təməlli təmizlənməsinə imkan verməyəcəyini bilərək… Müharibədən keçən il və aylar bunu sübut edir. Son sərhəd qarşıdurmasında yenə şəhidlər verdik, yenə anaların ürəyi yandı, yenə uşaqlar atasız qaldı, yenə nişanlı qızlar sevdiklərini torpağa verdi.

Düşmən yenə baş qaldırır - həm Ermənistanda, həm Qarabağda. Tarix bizi "cəzalandırıb" – belə sərhəd qonşusu, belə qəvi düşmən qismət etməklə... İçərilərindəki düşmənçilik o qədər güclüdür ki, ağır vəziyyətlərinə baxmayaraq, yenə sülh müqaviləsindən yayınırlar, torpaqlarımızda bizə nifrət bəsləyərək doğub-törəyirlər.

Ermənilər bu gün Xankəndidə "şəhər günü"nü qeyd edirlər. Araik ayaqqabısının bir tayını Şuşada qoyub qaçmışdı bu şəhərdə gizlənməyə, indi isə yenə "buynuz çıxarır", yenə "nazirləri" dünyanın ən müxtəlif ölkələrində açdıqları hər qapıda bizim əleyhimizə danışırlar, anti-Azərbaycan təbliğatı aparırlar.

Erməni revanşizminin arxasında dayanan daha böyük iblislər var, Nensi Pelosi onlardan yalnız biridir… Bunlar ordusuna, liderinə yox, arvadlara güvənirlər hələ də... Ordumuzun qarşısından qaçaqaça düşən mifik erməni ordusu 44 günlük müharibədə necə idisə, yenə də o yerdədir: "Ermənistan ordusu qısırların ordusudur, qorxaqların və pullu muzdluların ordusudur! Bir ordu ki, yad ölkədə gəbərir, işğal etdiyi torpaq ona heç vaxt rahat məzar da olmaz. Bu ordu heç vaxt qalib də ola bilməz. Çünki haqqın, hüququn tərəfində deyillər, çünki zorla məskunlaşdıqları Şuşa, Ağdam, Laçın onlara heç zaman doğma yurd ola bilməz. Çox tezliklə başlarına dörd bir tərəfdən od yağanda qaçmağa dəlik axtaracaqlar. O qaçacaqları "dəliyi" - Laçın dəhlizini də bağlamaq lazımdır, nəyin bahasına olursa-olsun..."

...Xankəndi gözəl şəhərdir, havası da, suyu da. Amma bu millət oranı "şeytan yuvası"na, düşmən ocağına çevirib. "Miqran zirzəmidə Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir" məqaləsini də o günlərdə yazmışam. "Bir az da gözlə, xilaskar Azərbaycan Ordusu gəlib səni əxlaqsız siyasətçilərinin, işğalçı əsgərlərinizin qəddarlığı nəticəsində sığınmağa məcbur olduğun o qaranlıq zirzəmidən mütləq çıxaracaq. Bu gün Azərbaycanın müzəffər Ordusunun işğaldan azad etdiyi kəndlər sırasında Xocalının Qarabulaq və Moşxmaat kəndləri də var. Demək, Xankəndiyə az qaldı" deyə bilərik...

2020-ci ilin 10 noyabrından keçən müddətdə baş verənlər göstərdi ki, bizim məsələ Xankəndi deyil. Azərbaycan dövləti öz şəhərinə bütün mümkün vasitələrlə nəzarət edir, Şuşanın ayağı altında həm də… Məsələ daha böyükdür, erməniləri sülh razılaşmasından sapındıran fərqli güclər də var. İran yalnız onlardan biridir. Amerika, Avropanın bəzi ölkələri… Baydenin qəbuledilməz "Qarabağ xalqı" ifadəsi... Bu, sülhə guya kömək etmək istədiyini hər addımda bəyan edən Ağ Evə sahib demokratlar hakimiyyətinin əslində nə qədər dağıdıcı mövqedə olduğunu göstərir. Azərbaycanın bölgədə inkişafını əngəlləyənlər bir yana, Amerika da, Fransa da anlaşmaya çomaq soxur. Azərbaycanın daima erməni terroru ilə üz-üzə qalmasını istəyirlər. Ya da deyirlər ki, onların şərtləri ilə sülh olacaq: "Qarabağ xalqı", "Qarabağ muxtariyyəti" və sair…

Olmayacaq. Bunların heç biri olmayacaq! Müharibə olarsa, qələbə yenə bizim olacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qalib Azərbaycan üçün onlara borcluyuq.../Musavat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3004   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr