Ərdoğandan Azərbaycanla bağlı nə xahiş ediblər?
Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Vahit Kirişçi Prezident Ərdoğanı səfərlərində müşayiət etdiyini söyləyərək bir sıra dövlətlərin rəsmilərinin onlara öz ölkələri ilə bağlı xahişlərindən danışıb: "Bizə Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər".
O, Türkiyə hakimiyyətinin 2002-ci ildən müdafiə sənayesinə böyük əhəmiyyət verdiyini vurğulayıb: "Müdafiə sənayesinə verdiyimiz önəm sayəsində bu gün yerli istehsalı yüzdə 80 faizə çatdırmışıq, cəmi 20 faizi qalıb. Hər kəs indi özümüzün döyüş təyyarəmizin nə vaxt uçuş zolağından qalxacağını və ya enəcəyini gözləyir, çünki dünyada İHA və SİHA (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) istehsal edən bir neçə ölkədən birinə çevrilmişik".
Nazir Rəcəb Tayyib Ərdoğanın gənclərə dəyər və önəm verdiyini vurğulayıb. O, qeyd edib ki, düzgün siyasət, düzgün mövqe Türkiyəni bu cür güclü vəziyyətə gətirib: "Biz NATO-nun üzvü və iki nömrəli ölkəyik, lakin digər tərəfdən Aİ ilə danışıqlar prosesindəyik. Həm NATO, həm də Aİ Ukrayna tərəfində olduğu halda biz birini digərindən seçə bilmərik, hər ikisi bizim dostumuzdur və qonşu ölkələrdir"./Report
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2590 Tarix: 25 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident dörd əsasnaməni təsdiq etdi
"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə" təsdiq edilib
3 aprelNəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat etdi
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919-1920), publisist Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tarixi şəxsiyyətin bacısı nəvəsi Rafat Cuvarlinski Gəncədə dünyasını dəyişib. Uzun illər həmkarlar ittifaqı qurumlarında çalışan R.Cuvarlinsk
3 aprelYaddan çıxmayan soyqırım
Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlı
31 martİlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram
25 martİlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizi
27 martGürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 105 xarici vətəndaşı ölkədən deportasiya edib. xəbər verir ki, bu barədə DİN-in sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, Türkiyə, Hindistan, Çin, Rusiya
24 mart