Geosiyasi dəlilikdir, Pelosi Bakını ittiham etdi...

Geosiyasi dəlilikdir, Pelosi Bakını ittiham etdi...ABŞ-ın aparıcı "Boston Herald" nəşrində "Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur" sərlövhəli məqalə dərc olunub.

Məqalənin müəllifi, "60 Plus" və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur. Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər ərəfəsində Demokratlar səs toplamaq üçün xarici ölkələrdə çalışarkən çıxılmaz vəziyyətə düşürlər. Bu baxımdan ötən həftə Nensi Pelosi NATO-nun sülh naminə tərəfdaşı olan Azərbaycanla Rusiya və İranın müttəfiqi Ermənistan arasında 100 il tarixi olan münaqişəni həll etməyə cəhd göstərdi. Bu ayın əvvəllərində iki ölkə sərhədində hərbi toqquşmalar başlayanda Pelosi elan etdi ki, yüksək səviyyəli səfərə çıxaraq "öz dəstəyi"ni yalnız "haqlı tərəfə" göstərəcək. O, açıq-aşkar Ermənistanı nəzərdə tuturdu. Səbəb isə qarşıdakı seçkilərdir. Çünki Demokratlar divara dirəniblər, Pelosi üçün isə bu səfər spiker vəzifəsində qalmaq üçün son ümiddir. Onun Ermənistana səfəri ölkəsində səsləri öz xeyrinə dəyişmək məqsədi güdürdü. Onun üçün xarici siyasət, ABŞ diplomatiyası və beynəlxalq miqyasda meydana gələcək nəticələr maraqlı deyil.

Saul Anuzis qeyd edib ki, Pensilvaniya, Miçiqan, Ohayo, Viskonsin, Minnesota və Floridada yüz minlərlə erməni əsilli amerikalı yaşayır. Bu insanlar ABŞ-da bütün azlıqlar içərisində ən yüksək səsvermə rekordlarına malikdirlər.

Vətənpərvər, Litva əsilli amerikalı və heç kimi öz doğma vətənini sevdiyinə görə günahlandırmadığını vurğulayan müəllif Nensi Pelosini Amerika qarşısında vəzifələrini, dünyanın mənəvi mövqeyini və strateji maraqlarını açıqcasına satdığına görə ittiham edib:

"Biz artıq Pelosinin xarici səfərlərinin hansı ssenari ilə təşkil edildiyini bilirik. Buna görə də bu səfərin necə keçəcəyi təəccüblü deyil. Pelosi onilliklərlə davam edən diplomatik səylərin iflasa uğradığı və münaqişənin başladığı dözülməz vəziyyətlə üzləşmişdi. Xanım spiker Azərbaycanı son döyüşləri başlatmaqla "qanunsuz" hərəkət etməkdə ittiham etdi və heç bir ABŞ administrasiyasının əməl edə bilməyəcəyi bir vəd verdi: Rusiyanın hərbi müttəfiqinin NATO müttəfiqinə qarşı dəstəklənməsi. Bu, geosiyasi dəlilikdir. Lakin onun dediklərinin yalnız bir məqsədi var idi - seçki kampaniyası".

Müəllif xatırladıb ki, Pelosinin səfərindən bir neçə gün əvvəl erməni əsilli amerikalıların yaşadığı ərazilərdə olan Demokratlar Azərbaycanı dəstəkdən məhrum etməyi və İrəvan rejimi üçün əlavə vəsait ayırmağı vəd edirdilər. Bu, erməni əsilli amerikalıların səslərini bir qədər artıra bilər. Lakin bu, real dünyada daha böyük əks-səda doğura bilər. Amma açıq-aydın görünür ki, real dünya Demokratların vecinə deyil: onlar real dünyada hazırda Avropanın yeganə həyati enerji xətti olan ABŞ-ın uzunmüddətli və sabit müttəfiqinin üzünə qapıları bağlayırlar.

Saul Anuzis bildirib ki, hazırki gərgin beynəlxalq şəraitdə Xəzər dənizində böyük qaz ehtiyatları olan Azərbaycan Avropaya qaz ixracını 30 faiz artırmağı söz verib. Amma Demokratların hərəkətləri onu deməyə əsas verir ki, səslərin qazanılması qlobal təhlükəsizlikdən və Avropa qitəsində bu qış insanların donaraq ölməsindən daha vacibdir.

Moskva və İrəvanın bir-birinə sıx bağlı olduqlarını söyləyən müəllif qeyd edir ki, Azərbaycan Qərbə həyati enerji xətti təmin etdiyi halda, Ermənistanın bütün enerji sektoru Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi bazası var. Hətta ruslar onların sərhədlərini, gömrüyünü və dəmir yollarını idarə edirlər. Pelosi məhz belə bir ölkəyə səfər edib.

Azərbaycanı Ermənistanla müqayisə edən S.Anuzis bildirib: "Azərbaycan bir neçə il bundan əvvəl NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub. Ermənistan isə, əksində, fərqli yol seçərək Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub. Bu təşkilat keçmiş sovet respublikalarının qarşılıqlı özünümüdafiə mexanizmi olan kiçik, lakin təhlükəli qrupudur. Azərbaycanlı əsgərlər Baydenin tələsik çıxıb getdiyi Kabildə ötən il sıranı saxlayaraq Birləşmiş Ştatlara olan sədaqətini sübut etdiyi halda, Ermənistan Qazaxıstana müstəqil düşünən administrasiyanı qorxutmaq missiyası ilə göndərilən KTMT qüvvələrinə qoşulmaq üçün öz hərbçilərini göndərirdi. Bu, Pelosinin bayrağını yellədiyi həmin ölkədir./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3379   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr