Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

"Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlamışıq. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Əməkdaşlığımızın o qədər də fəal olmadığı sahələri göstərmək daha asan olar. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir. Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq.

Bilavasitə sizin sahəyə gəldikdə isə deməliyəm ki, biz həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrin davam etdirilməsi niyyətindəyik. Siz öz həmkarınızla görüşəcəksiniz. Fikrimcə, siz də gündəliyi ətraflı nəzərdən keçirəcəksiniz. Bir sözlə, danışmalı məsələlər çoxdur. Ona görə ki, gündəlik həqiqətən çox zəngin və nəticəvidir. Məncə, bizim diqqəti cəmləşdirdiyimiz bu əsas istiqamətlər ikitərəfli münasibətin müsbət dinamikasını göstərir.

Bir daha xoş gəlmisiniz. Səfəriniz qısa olsa da, məncə, çox səmərəli olacaq".

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib:

"Sağ olun, hörmətli cənab Prezident. İlk növbədə, təşəkkürümü bildirmək istəyirəm ki, siz fasiləsiz iş qrafikinizdə bizimlə görüşməyə imkan tapmısınız. Sizə bizim Prezident Vladimir Vladimiroviç Putinin ən xoş sözlərini və dostluq salamlarını çatdırmaqdan başlamaq istəyirəm".

Prezident İlham Əliyev: "Sağ olun".

Vyaçeslav Volodin:

"Münasibətlərimiz çox cəhətdən Sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir. Biz bu barədə danışmışıq. İş elə gətirib ki, pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Parlamentlərarası qarşılıqlı fəaliyyət barədə danışmalı olsaq, hər halda bu fəaliyyətin əsasını görüşlər, dialoq, kommunikasiya təşkil edir. Əlbəttə, bütün bunlar videokonfrans rabitə rejimində həyata keçirilib. Bu format əsas olub. Lakin bilavasitə söhbət olmasa, münasibətlərin videokonfrans rabitə rejimində olduğu kimi inkişafı barədə danışmaq çətindir. Buna görə pandemiya ilə bağlı vəziyyət yüngülləşməyə başlayan kimi biz bundan istifadə etdik, həmkarlarımızla razılığa gəldik ki, hökmən görüşək və münasibətlərimizin inkişafı məsələlərini müzakirə edək. Ona görə ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək".

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin xoş sözlərinə və salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1019   Tarix: 26 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr