Səbuhi Abbasov ATƏT-in tədbirində "Göyçə Azərbaycandır" dedi, erməniləri təşvişə saldı - VARŞAVADAN VİDEO Ətraflı

Səbuhi Abbasov ATƏT-in tədbirində "Göyçə Azərbaycandır" dedi, erməniləri təşvişə saldı - VARŞAVADAN VİDEO Ətraflı7NEWS.az xəbər verir ki, 26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı" öz işinə başlayıb. Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov ATƏT-ə üzv olan dövlətləri erməni vandalizminə qarşı mübarizəyə səsləyib: "Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz mühüm tövhəsini verib. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar Azərbaycan reallığıdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq mütəmadi şəkildə slavyan xalqlarının nümayəndələri ilə birgə tədbirlər, layihələr həyata keçirir, problemlərini öyrənir və həllinə nail oluruq. Hal-hazırda bu sahədə ən böyük problem erməni işğalından azad olan ərazisində dini abidələrin bərpası məsələsidir. 30 il ərzində Ermənistan tərəfindən işğal edilən ərazilərdə bir dini, mədəni abidə salamat qalmayıb, məscidləri donuz fermasına çevirmişdilər. Hal-hazırda Azərbaycan höküməti onların bərpasını xüsusi proqramla həyata keçirir. Eyni zamanda, anadan olduğum qədim Azərbaycan torpağı olan Göyçə mahalında da bir dənə olsun Azərbaycan xalqına aid dini abidə qalmayıb, hamısı darmadağın edilib. Bütün dünya ictimaiyyətini bu məsələdə aktiv olmağa, Erməni vandalizminə yox deməyə çağırıram. Göyçə Azərbaycandır, Qarabağ Azərbaycandır və nida. Diqqətinizə görə təşəkkür edirəm."

Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ATƏT-in yüksək səviyyəli konfransında rəhbərlik etdiyi qurumun daxili imkanları hesabına iştirak edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1275   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr