Bakıda kirayə ev niyə tapılmır ? - AÇIQLAMA
"Hazırkı dövrdə kirayə evlərin çatışmazlığı qlobal sosial problemə çevrilib. Sovet dövründə belə hər zaman kəskin mənzil çatışmamazlığı var idi. Bu ən çox kənd və rayon əhalisinin Bakıya axını ilə bağlıdır. İqtisadi termin kimi urbanizasiya adlanır. Urbanizasiya isə hər zaman Azərbaycanda yüksək səviyyədə olub".
Bunu Sonxeber.az-a olan açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, 90-cı illərin əvvəllərində Sovet hökümətinin dağılması ilə bağlı mülki inşaat böyük şəhərlərdə dayandı və bizim küllü miqdarda qaçqınlarımız olub.
"2000-ci ilə kimi kütləvi mülki inşaat demək olar ki, olmayıb. Daha sonra digər hallar baş verdi. Bu hallardan biri də tələbələrin Bakıya axını ilə bağlıdır. Tələbələr ümumi kirayə mənzil fondunun 30% istifadəçisidirlər. İlbəil şəhərlərə böyük axın var. Yeni tikililər 1500-ə yaxındır. 2016-cı ildən isə pilot layihələrin tətbiqinə başlandı. Pilot layihələr nəticəsində kirayə ucuz evlərin sayı azaldı. Eyni zamanda pilota düşmüş binaların sakinləri kirayə təmin olunurlar. Tikinti şirkətləri həmin şəxsləri müvəqqəti köçürüb, onlara kirayə pulu ödəyir. Bu kimi hallar ona gətirib çıxarır ki, köhnə yaşayış fondu yenisi ilə əvəz olur. Təlabat və qiymət isə hər il artır. Qiymət artımına digər səbəb isə investisiya baxımından bir çox vətəndaşlar həmin binalardan mənzillər alıb, kirayə verirlər. Son 2 ildə inşaat materialları 20% bahalaşıb. Bir sözlə, yeni tikilən binalar daha baha olur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü