"Açıq mikrofon" bu dəfə Siyəzəndə - FOTO
"Ölkədə sahibkarlığın inkişafı üçün SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışır. Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və müraciətlərin qeydə alınması məqsədilə artıq 41-ci dəfədir ki, "Açıq mikrofon" sizlərin ixtiyarına verilir."
Sonxeber.az xəbər verir ki, bu sözləri qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Siyəzən rayonunda qurulan "Səyyar qəbul otağı"ında bildirib.
Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə hər zaman olduğu kimi sahibkarları dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. "Açıq mikrofon" aksiyasında ümumilikdə 16 müraciət səslənib ki, bunlar arasında sadə vətəndaşların da istəkləri yer alıb. Sahibkarlar obyektlərində qazdan istifadəyə görə icazənin verilməsi, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi kimi müraciətlər ünvanlayıblar.
Beşdam kəndinin sakini Eltun Şıxəliyev adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Vüqar Hacıyevlə, Vüqar Quliyev isə fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Aksiyada səsləndirilən təklif və bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü