Bakıda şadlıq evinin rəhbərliyindən qazimizə qarşı hörmətsizlik - VİDEO
Bakıda fəaliyyət göstərən "Louvre Palace" şadlıq evinin rəhbərliyi qazimizə hörmətsizlik edib.
BAKU.WS xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli bildirib. O, sosial şəbəkə hesabında yayımladığı yeni videoda bu haqda açıqlama verib:
"Zabratda "Louvre Palace" şadlıq evi var. Fransa, Parislə əlaqəsi yoxdur. Oktyabrın 4-də orada xına məclisi keçiriləcək. Xınası olacaq qızın anası vəfat edib. Atası isə qazidir. Atanın özəl arzusudur ki, mən onun balasının şad günündə iştirak edim. Mən də dedim ki, gəlib iştirak edəcəm. Bu gün səhər həmin qızın atası mənə zəng vurub deyir ki, "Nazilə xanım, "Louvre Palace" şadlıq evinin rəhbəri kənardan heç bir xına məclisinin restorana gəlməsinə icazə vermir. Mən yazıq, kasıb adamam, burada mənim sözüm keçmir". Dedim, axı kiçik bir restoran belə monopoliya edə bilməz. Ataya dedim ki, axı sən bizim uğrumuzda sağlamlığını itirmisən. Bu ölkənin polisi və hüquq-mühafizə orqanları var. Belə olmaz".
Ətraflı videoda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1621 Tarix: 29 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr