Deputat Razi Nurullayev 14 yaşında olarkən qaçırılmış qadını ziyarət edib
Milli Məclisin deputatı Razi Nurullayev İmişli şəhərində 14 yaşında olarkən qaçırılmış, hazırda maddi çətinliklə yaşayan və sosial yardım ala bilməyən Nərminə Hüseynovaya baş çəkib.
Sonxeber.az xəbər verir ki, deputat bununla bağlı öz "Youtube" kanalında paylaşım edib.
"Nərminə 8-ci sinifdə oxuyanda onu qaçırıblar. İndi iki uşağı var. Sosial yardım ala bilmir. Dolanmağa heç bir imkanı yoxdur. Aidiyyəti dövlət orqanları, Sosial Müdafiə Nazirliyinin əməkdaşları bura gələndə bu ailənin necə dolandığını görməlidir. Burada bir bahənə axtarmalı deyil, kömək etməlidir. Bu qadının özünün müraciət etməsini gözləməməlidirlər. Onun özünü müdafiə etmək imkanı yoxdur. 14 yaşında qaçırılıb, yoldaşı atıb gedib.
İcra hakimiyyəti kömək edəcək, mən də gücüm çatan qədər kömək edəcəm. Amma məsələ burasındadır ki, nə icra hakimiyyəti, nə də deputat ona ömürlük baxa bilər. Dövlətin belə şəxslər üçün ayırdığı yardım olur. "Bu ev kirayədir, qapısı bağlıdır" kimi bəhanələr ilə qanunda olan boşluqların və ya saxtakar halların qarşısını almaq üçün qoyulan müddəaları bu cür insanlara aid etmək olmaz.
Aidiyyəti orqanlar bilməlidir ki, bu insanın yaşamaq imkanları yoxdur və bu evdə kirayə qalır" ,- deyə millət vəkili qeyd edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü