Azərbaycanda avtobuslar BU ŞƏRTLƏRLƏ pulsuz ola bilər
Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat ödənişsizdir. Məsələn, ABŞ-ın Kanzas-Siti şəhəri, Fransanın Dünkerk şəhəri, Estoniyanın Tallin şəhəri, Belçikanın Hasselt şəhəri, Lüksenburq və digər ölkələr belə bir təcrübəni sınaqdan keçirməklə dünyaya nümunə ola bilib.
Bəs görəsən, Azərbaycanda ictimai nəqliyyat pulsuz la bilərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, bunun üçün, ilk növbədə, şəhər sakinlərinin mobilliyini təmin etmək üçün çeşidli ictimai nəqliyyat növlərini inkişaf etdirmək lazımdır:
"Dünyada belə nümunəlır var. Amma biz bu yolun başlanğıcındayıq. Yəni bizim şəhərimizdə seçkili meriya olmalıdır, şəhərin vahid bir nəqliyyat strategiyası olmalıdır. Yəni burada bir çox məsələlər var. Şəhərin avtobus zolağı yoxdur. Yəni prioritetlər təmin oluna bilsə, yekun olaraq bəlkə 5 ildən, 10 ildən sonra pulsuz ictimai nəqliyyata da gəlib çıxa bilərik. Burada bir-birilə əlaqəli bir çox problemlər həll olunmalıdır.
İndiki halda biz şəhər sakinlərinin mobilliyini təmin etmək üçün çeşidli ictimai nəqliyyat növlərini inkişaf etdirməliyik. İnkişaf etdirdikdən sonra şəhər rəhbərliyi və bizneslər sferası bir yerdə razılığa gəlməlidir ki, ictimai nəqliyyat pulsuz olsun.
Pulsuz olanda artıq insanlar şəxsi avtomobildən ümumiyyətlə istifadədən çəkinir və daha çox piyada gəzirlər. Onsuz da hamımız müəyyən məsafədən sonra piyada oluruq. Piyada gəzəndən sonra yol boyu ictimai iaşə, ticarət obyektlərinə daxil olur və belə olan halda hər hansı bir biznes aktivləşməsi baş verir, biznes qazanır, şəhər qazanır, şəhər büdcəsində ödənilən vergilərin sayı artır. Bunun hesabına da yekunda nəqliyyatı pulsuz etmək olar.
Amma indiki vəziyyətdə bizdə buna bənzər bir şey yoxdur. Yəni Bakının istənilən prospekt və küçələrində şərqdən qərbə, şimaldan cənuba, yuxarıya ya aşağıya piyada sərbəst hərəkət edə bilməyəcəksiniz. Yəni səkilər yox dərəcəsindədir, baryerlər çoxdur, dükanlar standartdan çox uzaqdırlar. Əlil, həssas, uşaqlı, qocalar üçün şərait yaradılsa, şəhərdə inklüzivlik artsa, baryersiz mühit artsa, piyada yönümlülük artsa, piyada gəzdiyiniz müddətdə ətrafda görəcəksiniz ki, hərəkət planlı çəkildədir: bir tərəfdə kimsə velozolaqda velosipedlə, kimsə skuterlə hərəkət edir, digər tərəfdə isə ictimai nəqliyyat. Yəni bu zaman tam fərqli mühit və tam fərqli büdcəyə sahib bir şəhər olacaq. Onda dediyiniz məsələlər artıq aktuallıq qazanacaq. İndiki halda isə hələ ki, bu, utopiyadır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü