İTV "Avroviziya" mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı məlumatlara münasibət bildirib
"Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan, yayımlanacaq bütün verilişlər və layihələr haqqında məlumat verməmişik. Çünki həcm baxımdan məlumat çox geniş alınırdı".
Bu sözləri "Report"a açıqlamasında İctimai TV-nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyev televiziyanın efirində "Avroviziya" mahnı müsabiqəsinin yayımlanmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin məlumat əsasən yeni layihələrdən, seriallardan, ilk dəfə nümayiş etdiriləcək filmlərdən və müəllif proqramlarından bəhs edir:
"Press-relizdə o da qeyd edilib ki, indiyədək İctimai TV-də ictimaiyyətin böyük maraqla izlədiyi digər bütün verilişlər, layihələr və proqramların yayımı davam edəcək".
Aparat rəhbərinin müavini bildirib ki, "Avroviziya" isə ənənəvi olaraq İctimai Televiziyanın hər il yayımladığı beynəlxalq Mahnı Müsabiqəsidir:
"Bu yarışmanı İctimai TV Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən 1 il sonra, yəni 2008-ci ildən bəri hər il yayımlayır. Yəni bu məsələdə yeni bir xəbər yoxdur. Ona görə də, "Avroviziya"nın yayımından imtina haqqında iddialar əsassızdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü