"Azərsu" rəhbərliyindən xahiş etdim, həll olunmadı" - Rüfət Quliyev

"Azərsu" rəhbərliyindən xahiş etdim, həll olunmadı" - Rüfət QuliyevMilli Məclisin deputatı Rüfət Quliyev iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərsu"yu tənqid edib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan deputat şikayətinin nədən ibarət olduğunu açıqlayıb. O bildirib ki, insanlar "Azərsu" ya müraciət edir, amma müəssisə problemlərini həll etmir:

"Lənkəranda 20-ə yaxın istehsalatla məsğul olan sahibkar var. Dövlət rəhbəri də tapşırıq verib ki, sahibkarlığa şərait yaratmaq lazımdır. Sahibkarlar müraciət edərək çirkab sularının axıdılmasından şikayət edir. "Azərsu" elə bir siyasət aparır ki, çirkab suların çıxarılması ilə bağlı problem var. "Azərsu" yun düsturu ilə hesablananda çirkab suyun qiyməti içməli sudan bahadır. Bu, absurddur. Əfsuslar olsun ki, "Azərsu" son 6 aydır buna heç fikir də vermir. Əzəldən bu qurumun rəhbəri işi görmək istəmir və ya təşəbbüs qəbul etmir. Millət vəkili olaraq bu, mənim qəbul etmədiyim məsələdir. "Azəriqaz" , "Azərişiq", "Azərenerji" nin heç birində bu qədər problem, şikayət yoxdur. İnsanlara güzəşt edirlər, sahibkar və adi insanlarla işləyirlər. "Azərsu" son 4 ildir işləmək istəmir. Zarafatla dedim ki, ömrümün yarısını "Azərsu" ilə mübarizəyə həsr etmişəm. Hər müəssisədə 2500 -3000 adam işləyir. "Azərsu" şərait yaratmalıdır ki, 5000 adam işləsin.
İkincisi, 4 aydan çoxdur Mərdəkanda bir tanış insan müraciət etdi ki,bağa suyu su maşınları ilə gətizdirir. 400 metr qıraqda su xətti gedir.Pulu da rəsmi formada ödəyir. Su xəttinin onun öz hesabına çəkilməsini istəyir. "Azərsu" rəhbərliyindən xahiş etdim, həll olunmadı.1-2 deputat da zəng edib müraciət etdi, yenə həll olunmur. "Hə,hə" deyib nömrəni götürürlər ki, əlaqə saxlayarıq, amma heç bir nəticə olmur. Qeyd etmək istəyirəm ki, "Azərsu" yun Lənkərandakı regional rəhbəri çox adekvat insandır. Amma elə məsələlər var ki, onun səlahiyyətində deyil. Onu artıq qurumun özü həll etməlidir. Regional rəhbərlərlə işləmək olur, amma bu mərkəzi aparatın niyə belə mövqe tutduğunu başa düşə bilmirəm. Vətəndaş Mərdəkandakı "Azərsu"dan pul, vəzifə istəmir. Vətəndaş deyir ki, pulunu ödəyirə, layihəni çək, borunu çək quraşdır bağıma, içməli su gəlsin. Belə faktlarla vətəndaşlar müəssisəyə müraciət edirlər, amma "Azərsu" həll etmir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1712   Tarix: 29 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr