Metroya hansı əşyalarla girmək olmaz?
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünki mövzu metroya girişinə icazə verilməyən əşyalardır.
Əksəriyyət metrostansiyalara hansı əşyalarla girməyin qadağan olunduğunu bilmir. Xüsusən də, kəsici-deşici alətlər belə müəmmalarda üstünlük təşkil edir. Çoxları bıçaq, balta, lezva və s. kimi alətlər sözügedən ünvanlara daxil olmağın normal olduğunu düşünürlər.
Bəs görək, adı çəkilən alətlərlə metroya daxil olmağa icazə varmı?
"Bakı Metropoliteni" QSC-dən Lent.az-a bildirilib ki, bıçaq, balta və s. əşyalarla "Bakı Metropoliteni"nin stansiyalarına girmək olmaz. Həmçinin ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükü, şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.kimi əşyalar da qadağan olunanlar sırasındadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir:
"Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının müəyyən etdiyi qayda və tələblərə uyğun xidmət təşkil olunub. Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir. Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü