Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ötən gün Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov ona verilən 1-otaqlı evdən imtina edib. Buna səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid qardaşına 2-otaqlı mənzilin verməsindən imtina etməsi olub. Bu addım onunla əsaslandırılıb ki, qanunvericiliyə əsasən, Sənan şəhid ailəsi hesab olunmur. Nəzərə alsaq ki, Şəhid Səbuhi valideyn himayısindən məhrum olub və onun həyatda tək bir qardaşı var. Belə həssas məqamda şəhid qardaşına niyə qanunvericilikdə istisna hal qeyd olunmur? Qanun və qaydalara istisna hal tətbiq etmək olmazımı? Müvafiq qanunvericiliyə əsasən bu cür hallarla bağlı tədbir görülə bilərmi?
Milli Məclisin deputatı Razi Nurullayev BiG.AZ-a açıqlamasında bildirib ki, qanuna dəyişiklik etmədən də bu məsələ həll edilə bilər:
"Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qanunvericiliyə görə şəhid ailəsi statusuna malik deyil. Amma bu, istisna haldır. Çünki Şəhid Səbuhi Əhmədov və qardaşı "SOS" uşaq evində, atasız və anasız böyüyüblər. Onun heç kimi yoxdur, ona görə də burada, lazımdırsa, qanuna dəyişiklik etmək olar. Amma qanuna dəyişiklik etmədən də bu məsələ çox yüngül şəkildə həll edilə bilər. Yəni aidiyyəti dövlət qurumu yuxarı orqanlarla məsləhətləşərək şəhidin qardaşına iki otaqlı mənzil verə bilər.
Bir otaqlı mənzilin verilməsini mən də doğru saymıram. Çünki bu adam ailəlidir və belə şəraitdə bir otaqlı mənzili nə edəcək? Bir otaqlı mənziləmi köçüb yaşayacaq?
İstisna hal kimi Sənan Əhmədova iki otaqlı mənzilin verilməsi onun haqqıdır. Ümid edirəm ki, Azərbaycanda bir nəfər vətəndaş, bir nəfər məmur tapmazsan ki, buna etiraz etsin. Etiraz edənlər də doğru yol tutmuş olmazlar. Ona görə də sözügedən məsələ aidiyyəti qurumlarla müzakirə olunmalı və kimsəsiz şəhid qardaşına mütləq şəkildə iki otaqlı mənzil verilməlidir.
Hesab edirəm ki, bu cür halların olması qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini gündəmə gətirir. Ümid edirəm ki, məsələ ilə bağlı parlamentdə də müəyyən işlər aparılacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü