Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki son hadisələri şərh etdi
"Moskva Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Ermənistan-Azərbaycan sərhədində son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkə liderlərinin imzaladığı üçtərəfli sənədlərdə "olduqca çox məsələ nəzərdə tutulub".
"Orada həm nəzəriyyə və təcrübə var, orada baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər sadəcə vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişəni bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir", - deyən M.Zaxarova əlavə edib ki, bu razılaşmalar mərhələli şəkildə icra olunur.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2050 Tarix: 29 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr