Ermənilər 7 və 8 yaşlı qardaşları necə tələyə salıb? VİDEO

Ermənilər 7 və 8 yaşlı qardaşları necə tələyə salıb? VİDEO2 oktyabr 1990-cı il. Bu tarix bir çoxuna adi günlərdən biri kimi görünsə də Abbasovlar ailəsi üçün əsl faciənin yaşandığı bir tarixdir. Çünki həmin vaxt Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yaşayan bu ailəsi 7 yaşlı övladlarını qurban verib. 8 yaşlı övladları qəlpə yarası alıb. Ailənin 22 yaşlı igidi isə Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olub.

Qayıdaq həmin tarixə, 2 oktyabr 1990-cı ilə. Ermənilər dağda qoyun otaran iki qardaşı, 7 yaşlı Eyvaz və 8 yaşlı Əvəz Abbasovu tələyə salaraq üstlərinə qumbara atırlar. Partlayış səsinə gələn ailə və kənd sakinləri yaralıları Şuşa xəstəxanasına çatdırır. Amma azyaşlı Eyvazın yaraları ağır olduğundan o həlak olur. Həkimlər yaralı Əvəzin həyatını xilas edə bilir.

Üstündən illər keçsə də, Əvəz Abbasov qardaşı ilə birgə yaşadığı o faciəni hələ də unuda bilmir:

Uşaq qatili olan ermənilərin cinayətləri bununla bitməyib. Növbəti dəfə Kərkicahana hücum edərək evləri yandırıb, sakinlərin qəsəbədən çıxmasını tələb ediblər. Günü-gündən hücumların miqyası genişlənməyə başlayıb.

Abbasovlar ailəsi qəsəbədən çıxdıqdan sonra ailənin 22 yaşlı oğlu Elxan özünümüdafiə batalyonuna qoşulur. Həmin dövrdə qəsəbənin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Kərkicahanı itirdikdən sonra özünümüdafiə batalyonu Şuşanı düşməndən qorumağa çalışır. Elə Elxan Abbasov da 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı qəhrəmancasına şəhid olur.

Müsahibimiz deyir ki, ermənilər kəndə hücum çəkib evimizi yandıranda bütün sənədlər, şəkillər və əşyalar yanıb. Evdəkilər təkcə balaca şəhidin birinci sinif kitablarını və onun yeni öyrənib yazdığı dəftərləri götürə bilib. Digər şəkillər isə həmin vaxt Şuşaya gələn rus jurnalistlərin çəkib "Voyna" jurnalında dərc etdiklərindəndir.

Abbasovlar ailəsi hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb. Balaca şəhidimiz Eyvaz Kərkicahanda, döyüşçü şəhidimiz Elxan isə Bərdə şəhər şəhidlər xiyabanında dəfn olunub.

Xatırladaq ki, Kərkicahan uğrunda döyüşlərdə, 40 qadın və 110 kişi olmaqla 150-dən çox azərbaycanlı şəhid olub. Kərkicahanın işğalından sonra düşmən Malıbəyli, Quşçular, Xocalı və Dağlıq Qarabağda azərbaycanlıların əsas qalası olan Şuşanı ələ keçiriblər./Apa


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3190   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr