Adviad platforması "Start Venture" proqramının qaliblərindən biri oldu – FOTO
Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ölkənin siyasi rəhbərliyi, diplomatlar, işgüzar dairələrin nümayəndələri və tərəfdaşlarla, həmçinin AYİB-in "Star Venture" proqramının qalibi olmuş Azərbaycanın "Adviad", "Push30" və "Recepta" startaplarının rəhbərləri ilə görüşüb.
"Star Venture" proqramının məqsədi perspektivli startapların potensialının icrasına dəstək verməkdir. Proqram ilk dəfə olaraq 2022-ci ildə Azərbaycanda, həmçinin Şərq Tərəfdaşlığına daxil olan 4 ölkədə həyata keçirilib.
Odil Reno-Basso Proqramda iştirak etmək üçün müraciət etmiş 190-dan çox iddiaçı
arasından seçilmələri münasibətilə Rasim Davudovu (Adviad), Adil Qasımovu (Push30) və Rauf Heydərlini (Recepta) təbrik edib, rəhbərlik etdikləri şirkətlərin yeniliklərə, davamlılığa və mükəmməlliyə sadiqliyini yüksək qiymətləndirib və onları sertifikatlarla təltif edib. Bankın prezidenti vurğulayıb ki, genişlənmə bacarığı və beynəlmiləlləşmə potensialı startapların seçilməsində əsas meyarlar olub.
"Adviad" – cəmi bir neçə kliklə on müxtəlif platformada eyni vaxtda reklam yerləşdirməyə imkan verən çoxkanallı reklam platformasıdır.
"Recepta" - hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir.
"Push30" - korporativ idman imtiyazları, güzəştləri və endirimləri təklif edən platformadır. Platforma öz üzvlərinə paytaxtda və ölkənin bir neçə şəhərində fəaliyyət göstərən 70-dən çox fitness mərkəzinə limitsiz giriş imkanı yaradır.
Xatırladaq ki, yüksək potensiala malik startaplar "Star Venture" proqramı çərçivəsində 50 min avro dəyərində fərdi məsləhət və mentorluq, maliyyə və qlobal şəbəkələrə çıxış, eləcə də biznesin genişləndirilməsi imkanlarından yararlana biləcək.
Bildirək ki, "Star Venture" proqramı perspektivli startapların, akseleratorların və məsləhətçilərin öz potensiallarını üzə çıxarmasına yönəlmiş AYİB-in aparıcı proqramlarından biridir.
AYİB-in "Star Venture" proqramı Azərbaycanda Avropa İttifaqı tərəfindən dəstəklənir.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 716 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr