Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARRəsm çəkmək xüsusi bacarıq tələb edir. Bu, hər insanın işi deyil. Adətən rəssamların ruhu daha incə və həssas olur. Pikasso kimi bəzilərinin yaratdıqlarında bir mənanı sezmək çətin olsa da, digərlərinin əl işlərinə baxdıqda heyran olursan. Məsələn, bir müddət öncə qarşıma gənc rəssam Nərgiz Bayramovanın çəkdiyi şəkillər çıxdı. Onlar realistikliyi ilə baxanları təəccübləndirir.

Düzdür, hazırda bir çoxları realistik şəkillər çəkirlər, amma belələrinin azərbaycanlılar arasında da olması qürurvericidir. Nərgizin "The Queen's Gambit" serialının qəhrəmanını təsvir etməsi "Netflix" kimi böyük video-yayım platformasının da diqqətini cəlb edib.

Belə ki, 23 yaşlı rəssamımızın sözlərinə görə, "Netflix Türkiyə"nin rəsmi səhifəsi "Beth Harmon Challenge"na məhz onun əl işi ilə start vermişdi.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR"Netflix US" isə Nərgizin çəkdiyi Şahzadə Diananın rəsminə "Wow" deyərək reaksiya bildirib.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARBu qızın özü kimi gözəl əl işlərini onun "İnstagram" səhifəsindən izləyə bilərsiniz.

BİG.AZ olaraq, ona bir neçə sualımızı ünvanlamaq istədik. Nərgiz suallarımızı belə cavablandırdı:

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Rəssamlığa həvəs nə zamandan yaranıb? Bu sənəti seçmək valideynlərin istəyi olub, yoxsa..?

- Uşaqlıqdan. Ən çox at şəkilləri çəkməyi xoşlayırdım. Daha sonra valideynlərim rəssamlığa olan marağımı görüb rəsm kursuna yazdırdılar.

- Rəssamlığı harada oxumusan?

- Tofiq İsmayılov adına Uşaq Dünyası Rəsm Qalereyasında. Müəllimin də Tofiq Məmmədov olub.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Nə vaxtsa rəssamlıqla ciddi məşğul olmağı düşünürsən?

- Bəli, düşünürəm.

- Bəs planında nə var? Hədəfinə çatmaq üçün hazırda nə edirsən? Bu yolda hansı maneələr var?

- Əslində xüsusi bir planım yoxdur. Hazırda ən böyük problemim vaxt azlığıdır. Həftənin 6 günü gecəyədək işlədiyimə görə, rəssamlığa istədiyim qədər vaxt ayıra bilmirəm. Amma vaxtım olsaydı, bir neçə mütəxəssisdən dərs alıb daha da püxtələşmək, bəlkə də, şəxsi emalatxana açmaq, sərgilərdə iştirak etmək istəyərdim.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Dünya rəssamlarından kimi özünə nümunə bilirsən? Ən sevdiyin əsər hansıdır?

- Dünya rəssamlarından yox, ən çox bizim rəssamlardan Səttar Bəhlulzadəni özümə nümunə bilirəm. Bütün rəsmlərini sevirəm.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- Bəs öz əsərlərindən?

- Öz əsərlərimdən ən çox uşaqlıqda Səttar Bəhlulzadə üslubunda çəkdiyim "Şapqalı qız" rəsmidir. Bu əsər hələ o vaxt Qala Festivalında Mehriban Əliyeva və Leyla Əliyeva tərəfindən seçilmişdi. Amma təəssüflər olsun ki, hazırda o rəsmin fotosu belə, məndə yoxdur.

- Ən böyük arzun nədir?

- Öz bacarıqlarımla yüksəlmək, güclü biri olmaqdır.

- "İnstagram"da "Sattartist" adıyla səhifən var. Maraqlı adı var. Niyə məhz "Sattartist"? Mənasını izah edərdin.

- Bunu bacım Fidanla düşünmüşük. "Sattar" Səttar Bəhlulzadənin adından götürülüb, "artist" isə ingiliscə "rəssam" deməkdir. Bu iki sözü birləşdirib səhifəmizin adını "Sattartist" qoymuşuq.

- Bu fəaliyyətində sənə ən cox dəstək olan kimdir?

- Atam, anam, bacılarım. Bir sözlə, ailəm. Hər bir uğurumda onlara çox borcluyam.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR- İndiyədək özünün tələbələrin olubmu?

- Olub.(gülür) Bir müddət kursda balaca uşaqlara rəsm çəkməyi öyrətmişəm.

- Rəssamlığa başlayanlara məsləhətin nədir?

- Öz üzərlərində çalışsınlar. Daha çox gəzsinlər, gördüklərini və bir də heç kəsin görmədiklərini təsvir etsinlər.

Azərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLARAzərbaycanlı bu qızın əl işləri hər kəsi heyran edir - Hətta "Netflix"i də - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3759   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr