"Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinə yeni sədr təyin olundu
"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (HEQT Mərkəzi) Müşahidə Şurasının qərarı ilə Məhəmməd Fəxrəddin oğlu Quluzadə "Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri təyin olunubdur.
1980-ci il təvəllüdlü Məhəmməd Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr pilləsini bitirmişdir. Aspirantura təhsilini 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında almışdır. Hüquq üzrə fəlsəfə doktorudur.
Məhəmməd Quluzadə 2002–2014-cü illərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Monitorinq Departamentində ekspert, 2005–2008-ci illərdə ATƏT-in Bakı Ofisində hüquqşünas, 2008–2014-cü illərdə ABŞ-ın Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzində (International Center for Non-Profit Law) hüquqşünas, MDB ölkələri üzrə baş hüquq məsləhətçisi və ölkə üzrə direktoru vəzifəsində çalışmışdır.
2014-cü ildən "MG Consulting" MMC-nin direktoru vəzifəsində işləyərkən insan haqları və vətəndaş cəmiyyəti sahəsində bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. Bu müddət ərzində insan haqları və qeyri-hökumət təşkilatları sahəsində müxtəlif ölkə hesabatlarının və maarifləndirici vəsaitlərin, bir sıra qanunvericilik aktlarına dair təkliflərin hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmişdir. Eyni zamanda müxtəlif dövlət qurumlarının işində vətəndaşların iştirakına imkan yaradan Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) yaradılmasına və fəaliyyətinə rəhbərlik etmişdir.
Müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və ADA Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 847 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr