3 oktyabr - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür
"3 oktyabr - Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Məhz 1993-cü ilin bu günündən etibarən ölkənin tarixi inkişaf dövrü başlanmış, daxili həmrəyliyə nail olunmuş, əvvəlki səbatsız idarəçiliyin təqsiri ucbatından yaşanmaqda olan vətəndaş qarşıdurmasına son qoyularaq, güclü mərkəzi hakimiyyət formalaşdırılmış, müşahidə olunan dərin tənəzzülün qarşısı almış, beləliklə də xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb. Eyni zamanda məhz dahi Liderin xalqın istisnasız dəstəyi ilə prezident seçilməsi ilə əsası qoyulan milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirilmiş, nəticədə siyasi müstəqilliyə tam nail olunmuş, gələcəkdə ölkənin iqtisadi müstəqilliyinin bazisi olacaq siyasi kursa start verilib".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Heydər Əliyev ilk dəfə olaraq pərakəndə könüllü hərbi bölmələr və siyasiləşmiş hərbi dəstələr əvəzinə bir neçə ay ərzində dəmir intizama söykənən Ordu hissələri formalaşdırmış, milli müdafiəni təmin etmiş, əks hücumla Horadiz qəsəbəsi başda olmaqla bir sıra əraziləri güc yolu ilə işğaldan azad edərək müharibənin inkişaf seyrini dəyişməyə nail olub.
"Məhz dahi Liderin öndərliyində əsası qoyulan uğurlu daxili və xarici siyasət kursu, xüsusən, yeni və qətiyyətli neft strategiyasının realizəsi ilə artan siyasi və iqtisadi imkanlar hesabına güclu ordu və müdafiə sənayesi quruculuğu başda olmaqla bütün sahələrdə dövlətin dayanıqlı inkişaf yolu müəyyən edilmiş, Heydər Əliyevin özünün yenidən qurduğu dövlətimizin sonrakı dövrlərdə hər cür qəsdlərdən qorunması təmin olunmuşdur. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi uğurlar, böyük hərbi-siyasi qələbələr, nəticədə 30 illik işğala son qoyulması, regionda diqtə edən gücə çevrilməyimiz də məhz Heydər Əliyev yolunun, strategiyasının yeni, daha müasir mərhələyə yüksəldərək uğurla davamı və realizəsidir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1251 Tarix: 03 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr