Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib

Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibOktyabrın 3-də Bakıda "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" Sammiti işə başlayıb.
"İnterProbe" şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" mövzusunda tədbir AKTA-ya üzv olan "Pnetworks" təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin "A2Z Technologies", "CyberPoint" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,"bp" şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və "Swiss Cyber Institute"un rəhbəri Samir Əliyev çıxış edib.

Sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib.

Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində "Davamlı kibertəhlükəsizlik modelinin qurulması", "Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər", "Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?", "Kiber-potensialın gücləndirilməsi" və s. kimi mövzularda müzakirələr aparılıb.

Sammit çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilmiş və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Sammit zamanı müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin "CyberThink" və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.
Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilibBakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 677   Tarix: 03 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr