Azərbaycan niyə selektiv abortların sayına görə birinci yerdədir?

Azərbaycan niyə selektiv abortların sayına görə birinci yerdədir?İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Azərbaycan selektiv abortların sayına görə dünyada 1-ci yerdədir. Bir qız övladı olan valideynlər ikinci övladınının da qız olmasını istəmir və abort etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sonxeber.az-a bildirib ki, komitə selektiv abortların qarşısını almaq üçün tədbirlər görür, amma nəticəsi zəif olur:
Azərbaycan niyə selektiv abortların sayına görə birinci yerdədir?"Əhali arasında maarifləndirmə tədbirlərini gücləndirməklə, selektiv abortların fəsadları haqqında mediada maarifləndirici proqramların nümayişi ilə azaltmaq mümkündür.

Komitə doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə üzrə icma səviyyəsində mütəmadi olaraq maarifləndimə tədbirləri keçirilir.
Belə ki, yeniyetmə və gənclər üçün "Uşaqların doğulanadək cins seçiminə YOX deyək!", "Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə", "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" , "Doğulacaq uşağın cinsinin seçilməsinin fəsadları" adlı tədbirlər keçirilib.

Uşaq və Ailələrə Dəstək Mərkəzlərində "Selektiv abortlar", "Mən də yaşamaq istəyirəm!" mövzularında təlimlər təşkil edilib.

"Yoxsulluğu Yenidən Araşdır" kampaniyası çərçivəsində müsabiqə keçirilib. Müsabiqəyə təqdim olunan mövzulardan biri "Uşaqların doğulanadək cins seçimi ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri" olub.

BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş festival keçirilib. Festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təşviqi və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarət idi. Festivalda ailələr arasında gender stereotiplərini aradan qaldırılmasına yönəlmiş "Qızının saçını hör", "Mən uşağımı nə dərəcədə yaxşı tanıyıram?" kimi müsabiqələr də keçirilib.

Bundan əlavə doğulacaq cinsinin seçilməsinin barədə əhalinin məlumatlandırılması məqsədilə hüquqi nəşrlər və digər çap materialları hazırlanaraq ölkə ərazisində yayılması təmin edilir.

"Uşaqların doğulanadək cins seçiminə YOX deyək!" adlı təqdimat hazırlanıb və Komitənin rəsmi saytına yerləşdirilib.
"Uşaqların doğulanadək cins seçiminə YOX deyək!" adlı buklet və 11 oktyabr "Beynəlxalq Qızlar Günü"nə həsr edilmiş "Qızlarımızın hüquqlarını tanıyaq və qoruyaq! Onlara yüksək dəyər verək" adlı elektron maarifləndirmə vəsaiti hazırlanıb və Komitənin sosial şəbəkə səhifələrində yerləşdirilib.

"Cənubi Qafqazda gender əsaslı cins seçimi (GƏCS) və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması" Qlobal Proqramı çərçivəsində "ÜRƏYİNİN SƏSİNİ DİNLƏ" Gender əsaslı cins seçiminin doğurduğu mənfi nəticələrlə bağlı maarifləndirmə məqsədli,qız uşağının dəyərinin artırılmasını təşviq edən foto sərgi təşkil edilib.

Gender məsələləri üzrə və cins nisbətinin pozulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında onlayn şəkildə "Selektiv abortun qarşısının alınması və ailənin planlaşdırılması haqqında araşdırma başlıqlı KOİCA CİAT Təlim proqramları təşkil olunmuşdur. Sözügedən təlim proqramlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişdir. Təlim proqramının əsas məqsədləri Azərbaycanda qadın məsələləri ilə məşğul olan dövlət qurumları rəsmilərinin selektiv abortların qarşısının alınması və ailə planlaşdırması mövzusundakı biliklərinin artırılması, onların qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqları ilə bağlı siyasət hazırlama və tətbiqetmə qabiliyyətlərinin gücləndirilməsidir.
Təlim zamanı iştirakçılar Koreya Respublikasında abortun qarşısının alınması və praktiki tətbiqi, qadınların cinsi və reproduktiv sağlamlığının yaxşılaşdırılmasına dair vahid yanaşma, Koreyada gender bərabərliyi siyasəti, sağlamlıq problemləri, qadınların abort etməsinin qarşısının alınması və digər mövzular üzrə biliklərə yiyələnmişdirlər.

Lakin görünür ki bu tədbirlər zəif nəticə verir".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
Azərbaycan niyə selektiv abortların sayına görə birinci yerdədir?Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2705   Tarix: 04 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr