Bu mallar maya dəyərindən qat-qat yüksək satılır - Problemin həlli nədədir?
Məlumdur ki, bazarda mövsümi meyvə və tərəvəzlərin qiymətlərində hədsiz bahalaşma var. Bazarda ən bahalı məhsullardan biri də qoz-fındıqdır. Belə ki, bu məhsulların topdansatış bazarındakı qiymətlə pərakəndə satış bazarındakı qiymət arasında ciddi fərq var. Qoz-fındıq satışı ilə məşğul olan rayon sakinləri şikayət edirlər ki, yığdıqları məhsullar mağazalarda və bazarda dəyərindən baha satılır. Satıcılar aldıqları məhsulları bazarda maya dəyərindən qat-qat yüksək qiymətə satışa çıxarırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirib ki, qiymətlərin süni şəkildə təyin olunmasının qarşısı alınmalıdır:
"Hər bir insan hər bir malı istənilən qiymətə sata bilər. Söhbət qiyməti dövlət tərəfindən tənzimlənməyən mallardan gedir. Bazar da özünün tələb və təklif axını ilə işləyir. Tələb olduqda təklif də meydana çıxır. Tələb təklifi üstələdikdə qiymət artır, keyfiyyət isə aşağı düşür. Bu, bazar iqtisadiyyatının prinsiplərindən irəli gəlir. Dövlət bu məsələyə müdaxilə edə bilməz. Lakin dövlət bütün hallarda bunu müşahidə etməlidir və bazarda rahat bir rəqabət şəraiti formalaşdırmalıdır.
Beləliklə, qiymətlərin süni şəkildə təyin olunmasının qarşısı alınmalıdır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev iqtisadi yığıncaqlarda deyir ki, bazarda inhisarçılıq var, qiymətlərin sövdələşib qoyulması məsələsi var və bu məsələlərdən yüksəldilmiş qiymət meydana çıxır. Bu problem mövcuddur. Gərək dövlət bu sövdələşməni ləğv etsin. Azərbaycan bazarı balaca olduğu üçün hər bir mal qrupu asanlıqla çevriləşməyə gəlir və qiyməti təyin edə bilirlər".
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu, iki tərəfin özü arasında həll olunmalı məsələdir və bunun üçün rəqabətli mühitin geniş yayılmasına ehtiyac var:
"Bəzi məhsul qiymətlərinin dövlət tərəfindən müdaxiləsi mümkünsüzdür. Bizdə qiymətin tənzimlənməsində dövlət heç bir rol oynamır. Ancaq Tarif Şurasına aid olan qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlərə aiddir. Ona görə də qarşılıqlı müqavilələr və qarşlıqlı öhdəliklərlə qiymətin formalaşdırılması mümkündür.
Əgər şikayətçilər, məsələn, öz məhsullarının ucuz alınıb baha satılmasından narazıdırlarsa, bu, iki tərəfin özü arasında həll olunmalı məsələdir. Yəni burada dövlətin hansısa bir formada müdaxilə etməsi, qiymətləri tənzimləməsi mümkün deyil. Ona görə də iş adamları ancaq öz aralarında bu məsələnin həll edilməsinə çalışmalıdırlar. Bunun üçün isə rəqabətli mühitin geniş yayılmasına ehtiyac var ki, insanların seçimi olsun. Yəni çoxlu sayda bazar oyunçuları olduqdan sonra seçim imkanları da yaranır. Əgər kimlərsə qiyməti diqtə edirlərsə, başqa formada qiymətin diqtə olunmasında iştirak edirlərsə, onlara yox, başqalarına - başqa bazar oyunçularına meyillənmək, onlarla müqavilə bağlamaq və onlarla işləmək daha rahat ola bilər. Ona görə də dövlətin burada rolu bu rəqabətli mühitin yaradılmasına çalışmaqdır. Yəni rəqabətli mühit genişlənməlidir ki, bu tipli problemlər, qiymətlərin süni şəkildə diqtə olunması, aşağı salınması və yaxud yuxarı qaldırılması ilə bağlı məsələlər öz həllini tapsın. Təəssüf ki, bizdə ən böyük problem bu rəqabətli mühitin zəif inkişaf etməsilə bağlıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü