Dünya işığından məhrum olan müəllim - VİDEO
"Əngəlli olmaq qüsur deyil. Əsl əngəl düşüncələrdə və qəlblərdədir", - deyir qəhrəmanımız.
Həyatın rəngarəngliyini görməsə də, qaranlıq kainatı iradəsi, əzmkarlığı ilə gözəlləşdirib və aydınladıb.
Söhbət Zaqatalanın Yeni Suvagil kənd sakini, ömrünün 32 ilini şagirdlərinə həsr edən görmə məhdudiyyətli Beydulla müəllimdən gedir.
O, dərsi Brayl əlifbası vasitəsilə tədris edir. Elə həmin əlifba ilə yazır və oxuyur. Qeydlərini telefonun yaddaşına köçürür və daha sonra dinləyərək, yadında saxlayır. Bir sözlə, keyfiyyətli təhsil üçün əlindən gələni edir.
Evindən məktəbə qədər 1,5 km yol qət edən müəllim heç vaxt dərs buraxmadığını deyir.
Beydulla İsgəndərov insanlara tək müəllimlik fəaliyyəti ilə örnək deyil. Şagirdləri kimi, oğlu da onunla fəxr edir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 05 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar" - AÇIQLAMA
Müşahidələr göstərir ki, ailədaxili maliyyə problemləri təkcə maddi çətinliklərlə məhdudlaşmır, eyni zamanda münasibətlərdə gərginlik yaradır və bəzi hallarda boşanmalara da səbəb olur. Bəs, maliyyə çətinlikləri ailədaxili münasibətlərə və tərəflərin psixoloji durumuna necə təsir edir? Ailələr madd
4 martGədəbəydə məmura "mükafat" verən şəxs həbs olundu
Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov həbs olunub. "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalı
4 mart"Feniksal Group" MMC-dən ŞİKAYƏT: "Bina üç ildir təhvil verilmir" (VİDEO)
Vətəndaş "Feniksal Group" MMC-dən şikayətçidir. -a müraciət edən Səbinə Mətləb qızı Cəlalova iddia edib ki, Yasamal rayonu, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binadan mənzil alıb, üç ildir bina təhvil verilmədiyi üçün mənzilində təmir işlərinə başlaya bilmir. O bildirib ki, sözügedə
5 martİftar süfrəsinə hazırlaya bilərsiniz
Axşam.az "İftar menyusu"nu təqdim edir:. "Əlvan dana" şorbası. Ərzaq:. Mərci - 1 stəkan. Dana əti - 300 qram. Su - 5 stəkan. Kartof - 2 ədəd. Soğan - 2 ədəd. Kök - 2 ədəd. Dəfnə yarpağı - 1 ədəd. Nanə qurusu - 1 ç.q. Un - 1 x.q. Duru yağ - 1 stəkan. Yarım limonun suyu. Duz, qara v
5 mart