Məktəbdə telefon problemini necə həll etmək olar?
"Məktəblərdə telefon işlətmək məsələsi nəinki Azərbaycanda xarici ölkələrdə belə müzakirədədir. Burda 2 məsələ var. İlkin məsələ şagird və valideyn əlaqəsinin itməməsidir, ikinci məsələ isə tədrisin keyfiyyətidir. Şagirdin dərs vaxtı fikri yayınır, internetə girir. Bunun orta yolu tapılmalıdır. Müxtəlif ölkə təcrübələri var. Buna əsasən smart olmayan telefonlara icazə verilə bilər. Şagird internetə girmədən valideyn ilə əlaqə saxlaya bilsin. Bəzi ölkələrdə məktəbdə hər şagirdin xüsusi dolabı olur. Hansı ki şagird telefonu dolaba qoyub, dərs bitəndən sonra götürür".
Bunu Sonxeber.az-a təhsil eksperti Elçin Süleymansoy deyib.
O bildirib ki, bəzi ölkələrdə isə telefon dalğasını ləğv edən xüsusi cihazlar siniflərə qoyulur.
"Bu da şagirdlərdən telefon yığılmasına ehtiyac olmadığını göstərir. Həm tədris keyfiyyətinə, həm də şagirdlərin əxlaqının təmzimlənməsinə görə bu ciddi problemdir. Bəzi valideynlər təhlükəsizlik məsələlərinə görə şagirdlə əlaqə üçün telefonun istifadəsini zəruri görürlər. Məktəblərdə bəzən müəllimlər dərs başlayanda telefonları yığıb, dərsdən sonra qaytarırlar. Bu kimi hallar da olur. Dərs keyfiyyətinin aşağı düşməsinə maneə olan bütün cihazlar dərs prosesindən kənarlaşdırılmalıdır. Müəllimlər bəzən bu məsuliyyətin altına girmək istəmirlər. Bunu təşkil etmək çətindir, çünki bəzən telefonlar itə bilər bu da məsuliyyətdir. Telefon məsələsinə valideyn komitəsi, məktəb komitəsi birlikdə qərar verməlidir. Məktəb girişində telefon saxlanılma otaqları yaradıla bilər. Telefonun tədris prosesinə mənfi təsiri şübhəsiz ki var. Çalışmaq lazımdır ki, telefondan faydalı istifadə etməyi şagirdlərə başa salaq".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü