İran Məhsa Əmininin ölüm səbəbini açıqladı
İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
Sonxeber.az-ın APA-ya istinadla məlumatına görə, tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.
Məhkəmə-tibbi ekspertləri bildirib ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: "Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirdikdən sonra yaranmış vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti yox idi".
Qeyd olunub ki, buna görə də ürək ritmi pozulub və qan təzyiqi aşağı enib. İlk kritik dəqiqələrdə səmərəsiz ürək-tənəffüs reanimasiyası nəticəsində beyni zədələnib: "Təcili tibbi yardım əməkdaşlarının həyata keçirdiyi reanimasiya əməliyyatından sonra ürəyin fəaliyyətinin bərpasına baxmayaraq, tənəffüs dəstəyi işləməyib, xəstəxanaya köçürülməsinə və Kəsra xəstəxanasının tibb işçilərinin səylərinə baxmayaraq, xəstə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib".
Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!