Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi - FOTO
ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.
Nyu-York meri Erik Adams şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar bu qərarı verib.
"Biz böhran vəziyyətindəyik. Bu ilin aprelindən bəri 17 mindən çox sığınacaq axtaran şəxs cənub sərhədlərimizdən avtobusla Nyu Yorka gətirilib. Onların əksəriyyəti Cənubi Amerikadandır. Bu gün mən Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm və müvafiq nizamnaməni dərc edirəm", - deyə o, metropol sakinlərinə müraciəti zamanı bildirib.
Mer Erik Adams qeyd edib ki, bu tədbir bütün qurumların daha yaxşı əlaqələndirilməsi, miqrantlara yardım mərkəzlərinin tikintisi və bürokratik prosedurların sadələşdirilməsi məqsədi daşıyır.
Adamsın sözlərinə görə, şəhərdə evsizlər üçün sığınacaqlar sistemi hazırda 100% yüklənib.
Bu il Texas, Arizona və Florida hakimiyyəti Meksika sərhədini qanunsuz keçdikdən sonra ABŞ-a daxil olan əcnəbiləri kütləvi şəkildə avtobuslarla Vaşinqton, Nyu-York və digər böyük şəhərlərə göndərməyə başlayıblar. Beləliklə, onlar ABŞ Prezidenti Co Baydenin miqrasiya siyasətinə etirazlarını ifadə edirlər.\Oxu.az







Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1113 Tarix: 08 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı
Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb
10 avqustKolumbiyada baş verən zəlzələ qəhvə ixracına təsir etdi
Kolumbiyada baş verən güclü zəlzələdən sonra bu ölkədən qəhvə ixracatı, demək olar ki, tamamilə dayandırılıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Milli Qəhvə İxracatçıları Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomes bildirib ki, hazırda istehsal və ixrac proseslər
12 avqustErmənistan vətəndaşları bu ölkədən deportasiya edilir
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə
11 avqustLatviya Belarusla sərhədin altında tunel aşkar edib
Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd
11 avqustAvropada anormal istilər iqtisadi artımı məhv edir
Bu ilki qeyri-adi isti yay Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələcək ki, bu da ÜDM-in təxminən 1%-nə bərabərdir. xəbər verir ki, yeni təhlilə görə, bu məbləğ blokun 2026-cı ilə qədər əldə etməsi gözlənilən bütün iqtisadi artıma bərabərdir. Triodos Bankının araşdırmasına görə, Frans
11 avqustŞimali Koreya Yapon dənizinə raket atdı
Şimali Koreya şərq istiqamətində Yapon dənizinə naməlum raket atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat verib. Əvvəlki buraxılış Şimali Koreya ordusu Yapon dənizinə qısa mənzilli raket atdığı zaman baş vermişdi. Raket sınağı Cənubi Koreya və ABŞ-ın gələn həftə illik mühüm birgə hərbi təlimlərin
12 avqustKolumbiyada matəm elan olundu
Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib. -ın xəbərinə görə, bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib. Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərind
12 avqust