Türkiyənin BU ADDIMI qısqanclığa səbəb oldu - Fransadan KƏSKİN ETİRAZ
Türkiyə Liviya ilə dəniz enerjisi layihəsində müqaviləyə imza atıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, imzalanmış karbohidrogen sazişi Türkiyə və Liviya şirkətləri arasında quruda və dənizdə qarşılıqlı mənfəət konsepsiyasına uyğun olaraq kəşfiyyat sahəsində əməkdaşlıq qurmaq məqsədi daşıyır.
Fransadan iki ölkə arasında imzalanmış anlaşmaya reaksiya gəlib.
Fransa Xarici İşlər Nazirliyi anlaşma memorandumunun "beynəlxalq dəniz hüququna zidd" olduğunu iddia edib.
Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, saziş Avropa İttifaqına üzv dövlətlərin suveren hüquqlarını pozur:
"Bu, beynəlxalq dəniz hüququna uyğun gəlmir və üçüncü dövlətlər üçün hüquqi nəticələri yoxdur".
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun Tripolidə yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib. Görüş zamanı Liviya tərəfi ilə birgə neft və qaz kəşfiyyatına imkan verən karbohidrogenlər üzrə anlaşma memorandumları imzalanıb. Karbohidrogen sazişi ilə Türkiyə Liviyanın kontinental şelfindən istifadə edərək neft və onun törəmələrini çıxarmaq üçün beynəlxalq hüquqlara sahib olacaq. Elan edilən eksklüziv iqtisadi zona həm şərqi Aralıq dənizi ölkələrinin, həm də digər xarici güclərin qısqanclığına səbəb olub./Musavat
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3174 Tarix: 09 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabrMoskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı
Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabr