Bahalaşan dönərin keyfiyyəti necə olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda dönərin qiymətində dəyişiklik olub. Buna səbəb dönər üçün nəzərdə tutulan toyuq ətinin qiymətinin bahalaşmasıdır. Belə ki, əvvəl bu qiymət bir kiloqram üçün 5 manat 50 qəpik təşkil edirdisə, hazırda dönər üçün toyuq ətinin 1 kilosunun qiyməti 6 manat 50 qəpik olub.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirib ki, çox az miqdarda malların qiyməti dövlət tərəfindən tənzimlənir:
"Dərman preparatları və bir neçə kommunal xidmətlərdən başqa, qalan qiymətlər dövlət tərəfindən tənzimlənmir. Dövlətin bu işlərə müdaxilə etmək ixtiyarı yoxdur. Azad bazar iqtisadiyyatıdır, kim nəyi neçəyə istəyirsə, sata bilər. Lakin quş yeminin bahalaşması, maya dəyərinə təsir edən amillər, qonşu ölkələrdə gedən müharibələr, kommunikasiyaların zəifləməsi və s. amillər quşçuluq təsərrüfatında ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Ona görə, dönərlərin qiymətinə də bu bahalaşma mütləq təsir edəcək.
Ümumiyyətlə, dönər hazırlayıb satmaq üçün ölkədə iki müəssisəyə icazə verilib. Çünki həmin müəssisələrdə şok dondurma aparatı var. Burada ət -40 dərəcə şok dondurmadan keçirilir, şişə taxılır və soyuducuda dönərxanalara verilir. Dönərxanalar oradan heç bir faiz belə almırlar. Bu şəraitdə xammalın qiyməti artdığı üçün dönərin keyfiyyəti aşağı düşəcək, qiyməti də qaxacaq".
E.Hüseynov qiymət artımı zamanı keyfiyyətin aşağı düşməsi məsələsinə toxunaraq bunu da əlavə edib:
"Keyfiyyət ona görə aşağı düşür ki, əhali ucuz qiymətə almağa öyrəşib. Əlbəttə, satıcı istəyir ki, qiyməti sabit saxlasın, qaldırmasın. Bunun üçün də sahibkarlar məcburdular ki, qiymət artanda dönəri keyfiyyəti aşağı olan ətdən hazırlasınar, çəkini azaltsınlar. Bu, biznesin qanunlarıdır. Lakin sonda onsuz da məcbur olub qiyməti qaldıracaqlar. Bu, bazar iqtisadiyyatıdır, belə də olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü