"Açıq mikrofon" aksiyası həftəlik işinə Lənkəranda başladı (FOTOLAR)
Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Açıq mikrofon" aksiyası davam edir.
Sonxeber.az xəbər verir ki, "Səyyar qəbul otağı"nda həftənin ilk müraciətləri Lənkəran şəhərinin sakinləri tərəfindən səsləndirilib. Aksiya iştirakçılarının ünvanladığı istək və xahişlər arasında qaz xəttinin yerinin dəyişdirilməsi, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi və debitor borcun hissələrlə ödənilməsinə güzəşt olunması kimi məsələlər yer alıb.
Lənkəran şəhər sakini Samit Miriyev 10 ildən artıqdır ki, yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında ev aldığını, lakin bu günə kimi binanın təbii qazla təmin edilmədiyini bildirib. Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşa bununla bağlı ətraflı məlumat verərək üzləşdiyi problemin hansı səbəbdən qaynaqlandığını izah ediblər. Hər bir müraciət Birliyin Lənkəran RQİİ-nin məsul şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1086 Tarix: 10 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr