Bakıda uşaq bağçasından süd və qatıq oğurlayanlara hökm oxundu - VİDEO
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslərin məhkəməsi başa çatıb.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hökmünə əsasən, Vaqif Səfərov 2 il ay 6, Elturan Vəlibəyov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayətkarlar oğurluğu bu ilin yanvarın 22-dən başlayaraq əvvəlcə Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında, daha sonra isə 202 saylı uşaq bağçasında törədiblər.
Məhkəmə zamanı bəlli olub ki, daha öncədən həbsxanada tanış olan dostlar, 151 saylı bağçaya ümumilikdə 10 956 manat, bağçanın direktoruna isə 1400 manada maddi ziyan vurublar. Onlar uşaq bağçasının hətta ət, kərə yağı, qab şampunu, sabun, süd, qatıq, şəkər tozunu da oğurlayıblar.
202 saylı uşaq bağçasından edilən oğurluğun dəyəri isə 1704 manat olub.
Əlavə edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Cinayətkarlar bu ilin yanvarında saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1245 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr