"Qızları ana bətnində boğmaq onlara qarşı diskriminasiyadır" - Kəmalə Ağazadə
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Bu gün 11 oktyabr Beynəlxalq Qız Övladları günüdür. Azərbaycan selektiv abortların sayına görə dünyada 1-ci yerdədir. Bir qız övladı olan valideynlər ikinci övladınının da qız olmasını istəmir və abort etdirirlər.
Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi selektiv abortların qarşısını almaq üçün tədbirlər görülsə də, nəticəsinin zəif olduğunu deyir.
Azərbaycan Uşaqlar Birliyi- Uşaq Sığınacağı Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Sonxeber.az-a bildirib ki,maarifləndirmə tədbirləri aidiyyatı olmayan insanlarla görüntü xatirinə keçirildiyinə görə nəticə vermir. Maarifləndirməni nikah şöbəsində etmək lazımdır:
"Hər ailənin özünün yanaşması var. Ailə kiçik bir dövlətdir. Hər dövlətin özünün qanunları var. Selektiv abortlarla bağlı narahatam. Qız övladlarının abort olunmasına üstünlük verilir. evdə gözləntilər oğlandır. "Oğlan divardır", "oğlan çəpərdir", "oğlan qürurdur" kimi stereotiplərimiz var. Bu yanaşmanı dəyişmək üçün maarifləndirilmə işləri aparılmalıdır. Qızları ana bətnində boğmaq onlara qarşı diskriminasiyadır. Əlbəttə ki, hər bir məsələnin kökündə maariflənmə dayanır. Mütləq şəkildə maarifləndirilmə işləri aparılmalıdır. Cinsiyyət öyrənmə qadağan edilsə, yenə kimlərsə bunu öyrənməyə çalışacaq. Ailə planlaması zamanı təbliğat düzgün qurulmalıdır. Ən əsası da çağırışlarımız, şüarlarımız düzgün olmalıdır. Selektiv abortlar gələcəkdə demoqrafiyaya da böyük təsir edəcək.
Maarifləndirmə tədbirlərinin nəticəsinin olmaması milli-mənəvi dəyərlərimiz, stereotiplərimizdir. Əlbəttə ki, biz aidiyyatı olmayanları yığıb tədbir keçirəcəyiksə, bu, maariflənmə olmayacaq, sadəcə görüntü xatirinə olacaq ki, biz bu tədbiri keçirtdik. Selektiv abortlar ən çox regionlarda baş verir. Əlbəttə ki, böyük şəhərlərdə də var. Yeni ailənin formalaşması ilk olaraq nikah şöbələrində olur. Bu maarifləndirmə işini həmin nikah şöbələrində etmək lazımdır. Yoxsa məni, mənim ətrafımı, məktəb direktorunu yığıb tədbir keçirsək, o sadəcə vaxtını keçirməyə gələcək. Bu sadəcə hesabah xarakterli tədbir olacaq".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü