ABŞ-da yaşayan repçimiz 6 il sonra Vətənə döndü və onunla görüşmək istəyən ŞƏHİDİ ZİYARƏT ETDİ - FOTOLAR
Bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, uzun müddət ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı bir həftə öncə 6 illik həsrətə son qoyaraq Vətənə qayıdıb. Daim vətənpərvərlik göstərən, müharibə dövründə ordumuza dəstək olub, şəhidlərimizin xatirəsini əziz tutan ifaçı Azərbaycana gələr-gəlməz Mingəçevirdə dəfn olunan şəhid Əzəmi Hüseynovun qəbrini və ailəsini ziyarət edib. Niyə məhz bu şəhidi?
BiG.AZ xəbər verir ki, bu barədə Orxan Zeynallı özünün "İntagram" səhifəsində yazıb.
Belə ki, 3 gün əvvəl paylaşdığı fotoların şərh yerinə repçi bu sözləri əlavə edib:
"2 il öncə, məhz bu gün, 8 oktyabr, Əzəmi Hüseynov döyüşdən öncə səngər yoldaşına bir gün mənimlə görüşməyi arzuladığını demişdi. Həmin gecə Əzəmi haqq dünyasına qovuşsa da, onun istəyini mənə çatdırdılar. Ailəsi ilə də danışanda Azərbaycana gələr-gəlməz onun məzarını ziyarət edəcəyimə söz vermişdim.
Könül istərdi ki, Əzəmi ilə Mingəçeviri dostca gəzək, yemək yeyək və söhbət edək, lakin onun ehsanını yeyib ailəsinin, dostlarının onun gözəl ürəyi haqqında danışıqlarını dinləmək qismət oldu.
Əzəmi bətndə olarkən anası və bacıları Şuşanı məcbur tərk ediblər. Özü isə 3 ay sonra dünyaya gəlib. 28 il sonra, Şuşa alınandan 1 ay öncə isə şəhid olub. Sənin ata yurdun sayəndə azaddır və bir igidin ömrü qədər çəkən həsrətə sənin kimi qəhrəmanlar son qoydu. Ruhun şad olsun, dostum!"






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü