Şagirdlər məktəbə mobil telefon apara bilər? - RƏSMİ AÇIQLAMA - VİDEO
Son zamanlar məktəblərdə mobil telefon vasitəsilə çəkilib paylaşılan neqativ görüntülər bəzi vətəndaşların, xüsusilə də valideynlərin etirazına səbəb olub. Onlar düşünürlər ki, şagirdlərin şiddətəmeyilli davranışlarının səbəbi təhsil müəssisəsi daxilində mobil telefondan istifadə etmələridir.
BAKU.WS xəbər verir ki, təhsil eksperti Elşən Qafarovun "Xəzər Xəbər"ə bildirdiyinə görə, orta məktəblərin ümumi nizamnaməsi yoxdur. Yəni məktəblər müəyyən edilmiş vahid qaydalarla idarə olunmur. Bu tip qadağaların qoyulması da təhsil müəssisəsinin daxili məsələsidir.
Ekspert hesab edir ki, məktəblərdə telefon qadağasının tətbiq olunması da sözügedən problemlərin həlli üçün kifayət deyil. Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində şagird sayının azaldılması onların məktəbdaxili davranış qaydalarına nəzarəti asanlaşdıra bilər.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən də bildirildi ki, ümumi təhsil müəssisələrində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur. Lakin məktəb rəhbərliyi təhsil müəssisəsində mobil telefondan istifadəni tənzimləyə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1357 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr