Azərbaycanda saxta "Vyetnam mazı" aşkarlanıb
Azərbaycanda saxta "Vyetnam mazı" aşkarlanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Report-a Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Səhiyyə Nazirliyi tərəfindən ünvanlanmış müraciətə əsasən, üzərində Vyetnamın "Danafa Farmasyutikal SC istehsalçısı göstərilib, "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 120621AZ, yararlılıq müddəti: 21.06.2026-cı ilədək, "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 190808AZ, yararlılıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 481108, yararlılıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələrin ekspertizası aparılıb.
AEM-in Tibb və Əczaçılıq Vasitələrinin Ekspertizası və Keyfiyyətinə Nəzarət Laboratoriyasından verilən məlumata görə, təqdim edilən nümunələrdən "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 120621AZ, yararlılıq müddəti: 21.06.2026-cı ilədək olan dərman vasitəsi Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçmiş və qablaşması təsdiqlənib. Həmçinin, sözügedən nümunənin təqdim olunan seriyası Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilib və idxalına icazə məktubu verilib. Sözügedən nümunənin yoxlanılan keyfiyyət parametrlərində uyğunsuzluq aşkar edilməyib.
Digər 2 sınaq nümunəsi - "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 190808AZ, yararlılıq müddəti: 07.08.2024-cü ilədək və "Qızıl Ulduz Balzamı 4q məlhəm" adlı, seriyası: 481108, yararlılıq müddəti: 08.11.2023-cü ilədək olan nümunələr Azərbaycan Respublikası dərman vasitələrinin reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməyib. Həmçinin, sözügedən nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində analiz edilməyib və idxalına icazə məktubu verilməyib. Sözügedən nümunələrin tərkibində "levomentol", "kamfora", "sineol" və "evgenol" adlı fəal təsiredici maddələrin mövcudluğu müəyyən edilsə də, həmin maddələrin miqdarının istinad edilən normativ sənədlərdə göstərilmiş tələblərə uyğun olmadığı təsbit edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü