Yerli reklam agentliyi beynəlxalq festivalda "İlin agentliyi" seçilib - FOTO - VİDEO
Azərbaycanı təmsil edən "Endorphin" reklam agentliyi 1-2 oktyabrda baş tutan və Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı sayılan "Red Jolbors"da 9 mükafat qazanıb.
Nəzərinizə çatdıraq ki, bu festival hər il təşkil olunaraq marketinq, kreativ, reklam, media, PR agentliklərini, eləcə də çəkiliş, dizayn və bu kimi sahələr üzrə ixtisaslaşmış şəxsləri bir müstəvidə toplayır. 11-ci dəfə keçirilən festivala bu il 367 müraciət daxil olub.
2014-cü ildən reklam sahəsində ad qoyan və Azərbaycanın ən çox mükafat qazanan reklam agentliyi — "Endorphin" bu festivalda həm də "İlin agentliyi" mükafatına da layiq görülüb. Qeyd edək ki, bu nominasiya ölkəmiz üçün bir ilkdir.
Agentlik Azərbaycanı festivalda 2 böyük və uğurlu işlə təmsil edib: "Kontakt: Yadplanetlilər tərəfindən qaçırılmış Salman dayının hekayəsi" və "Narıncı forma".
"Kontakt Home" və "Samsung Azərbaycan"ın tərəfdaşlığı ilə ərsəyə gələn ilk iş "Marketing – Excellence in Marketing Strategy" və "Film – OLV (Online Video)" kateqoriyaları üzrə 2 qızıl, "Marketing – Branded Content & Entertainment" kateqoriyası üzrə 1 gümüş, "SMM & Digital – Brand Integration and Product Placement" və "Campaigns – Excellence in Campaign Strategy" kateqoriyaları üzrə 2 bürünc mükafat qazanıb. Digər — "Campaigns – SMM and Digital campaign" və "SMM & Digital – Special project" kateqoriyaları üzrə isə şortlistə daxil olmağı bacarıb.
BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Narıncı forma" layihəsi isə "Campaigns – PR campaign", "Media – Excellence in Media Strategy" və "PR – Celebrity Endorsement and Influencer activation" kateqoriyaları üzrə 3 gümüş, "PR – Reputation & behavioral communication" kateqoriyası üzrə 1 bürünc mükafata layiq görülüb, "SMM & Digital – Influencer activation" kateqoriyası üzrə isə şortlistə daxil olub.
"Endorphin" reklam agentliyi festivalda ümumilikdə 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq öz rekordunu yeniləyib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü