Azərbaycanlı müğənni İstanbulda taksi sürücüsü tərəfindən döyüldü - FOTO/VİDEO
10 ilə yaxındır Türkiyədə yaşayan azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsünün hücumuna məruz qalıb.
İfaçının sözlərinə görə, hadisə səhər saatlarında, işdən evə qayıdarkən baş verib. Belə ki, yolun sağ tərəfindən ötmə əməliyyatı həyata keçirmək istəyən sürücünün avtomobili onun maşınına çırpılıb. Bağıyeva taksi sürücüsünün qəza törətməsinə baxmayaraq, yoluna davam etdiyini gördükdə siqnal verib. Bundan qəzəblənən qarşı tərəf maşınından düşərək müğənnini təhqir etməyə başlayıb, sonra isə onun üstünə hücum edib.
"Sağımdan ötmə əməliyyatı etmək istəyən sürücü maşını ilə avtomobilimin qabaq hissəsini əzdi. Mən siqnal verəndən sonra avtomobilini saxladı və maşından düşdü. Maşınımdan düşüb, "nə edirsən?" deyəndə saçımdan tutub üzümü yumruqlamağa başladı", - deyə Bağıyeva baş verənlər haqqında danışıb.
Nəticədə musiqiçinin burnu qırılıb, dodağı partlayıb, bundan başqa mobil telefonu sınıb.
Bağıyeva polisə şikayət ərizəsi ilə müraciət edib.
"Universitetimi burada oxumuşam, əsas peşəm hüquqşünasdır. Mən Vəkillər Kollegiyasında qeydiyyatdayam. İlk dəfədir belə bir hadisənin şahidi oluram. Həm günahkardır, həm də güclü", - deyən Bağıyeva hücumçunun tezliklə tutulmasını və həbs olunmasını istədiyini deyib./Oxu.az












Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3399 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr