"Bu, əsl kommunizmdir" - FOTO

"Bu, əsl kommunizmdir" - FOTO"Tesla"nın icraçı direktoru və biznesmen İlon Mask 4 ay əvvəl cinsiyyətini və adını dəyişən 18 yaşlı qızı Vivianla "döyüşə" bilməyəcəyini deyib.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, milyarder bu barədə "Financial Times" qəzetinə müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, övladının ondan uzaqlaşmaq qərarına təhsil müəssisələrindəki "neo-marksistlər" təsir edib.

"Bu, əsl kommunizmdir və toplu fikirdir ki, əgər zənginsənsə, deməli pissən", - deyə biznesmen bildirib.

Bununla belə o, qızına hansı təhsil müəssisələrinin təsir etdiyini açıqlamayıb.
Mask qeyd edib ki, onun Vivianla gərgin münasibətləri gələcəkdə dəyişə bilər.

"Mənim bütün digər (uşaqlarımla) çox yaxşı münasibətim var. Onların hamısına qalib gəlmək mümkün deyil", - deyə milyarder vurğulayıb.

Xatırladaq ki, amerikalı milyarderin 18 yaşlı oğlu Xavyer bu il özünü transgender elan edib, adını və cinsiyyətini dəyişərək qadın olub. O, həmçinin məşhur atasının soyadından çıxaraq anası Castinin soyadını götürüb.

"Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm", - deyə Vivian məhkəmədə bildirib.

Qeyd edək ki, İlon Mask ilk həyat yoldaşı Castin Uilsonla universitetdə tanış olub. Cütlük 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıb. Cütlüyün birlikdə beş övladı var. Maskın ümumilikdə yeddi uşağı var.
"Bu, əsl kommunizmdir" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1329   Tarix: 11 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17 oktyabr
.

ABŞ-də meşə yanğınları tüğyan edir - 150 mindən çox ev işıqsız qalıb

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub. TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektri

16 oktyabr
.

Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı

Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki

17 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr
.

CNN: Ukrayna Patriot raketlərisiz qalıb

Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib

16 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

Türkiyədə istintaq: İki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr

17 oktyabr
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr