SOCAR "Azəriqaz" İB-nin ekologiyanın qorunmasına dair gördüyü işlər müzakirə olunub
2010-cu ildən etibarən 12 il ərzində SOCAR "Azəriqaz" İB qaz təchizatındakı itkilərin həcminin 6 dəfəyə qədər azalmasına nail olub.
Bu haqda SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin rəhbər şəxsləri arasında keçirilən görüşdə məlumat verilib.
Son 12 il ərzində atmosferə atılan metan emissiyalarının azaldılması istiqamətində SOCAR "Azəriqaz" İB-nin atdığı addımlar və həyata keçirdiyi layihələrdən danışan qurumun baş direktoru Ruslan Əliyev qarşıda duran vəzifə və planlar haqqında ətraflı məlumat verərək bir sıra təkliflər də edib. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə görülən işlər və gələcək planlarla tanış olduqdan sonra əldə olunan müsbət göstəriciləri yüksək qiymətləndirib, həmçinin edilən təkliflərin qısa zamanda rəhbərlik qarşısında qaldırılacağını qeyd edib.
Sonda səslənən fikirlər barədə vitse-prezident Rəfiqə Hüseynzadə tabeliyində olan məsul şəxslərə öz tapşırıqlarını verib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1038 Tarix: 11 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabr