Dərmanlarda əks təsirlər olursa, məsuliyyət kimindir? - CAVAB
İnsanın sağlamlığı onun öz əlindədir. Bəzən səhhətimizdə yaranan problemlərə görə, həkimlərin yazdığı dərman vasitələrini qəbul etməyə məcbur oluruq. Əksər insanlar isə dərmanları "necə gəldi" qəbul edir. Nəticədə dərmanlar lazımi effekti vermir. Bunlarla yanaşı, düzgün qəbul edilməsinə baxmayaraq, təsiri olmayan dərmanlarla da qarşılaşırıq.
Maraqlıdır, dərmanların əlavə təsirləri hansıdır? Bu təsirlər niyə olur?
Farmakoloq Aydın Əliyev Lent.az-a bildirib ki, irsdən, gendən asılı olaraq dərmanlar insanlara fərqli təsir edə bilər:
"Artıq insanların sağlamlığında dərmanların əhəmiyyətli təsirləri azalır. Düzdür, dərmanların əlavə təsirləri çoxdur. Amma bunlara mənfi təsir kimi yanaşmaq olmaz. Çünki dərmanların həm mənfi, həm də müsbət təsirləri olur.
Dərmanların əlavə təsirlərdən biri onların toplanması(kumulasiya)dır. Kumulasiya hadisəsi baş verdikdə dərmanın təsir gücü artır. Əgər bu bədəndən vaxtında xaric olunmazsa, toksiki effekt verə bilər. Bundan başqa, əlavə təsirlər sırasında tez uyğunlaşma, dərman asılılığı, allergik reaksiya, bədxassəli şiş ola bilər. Amma qeyd edim ki, bu təsirlər hər insanda eyni olmur. Şəxsə görə təsirlər dəyişir. İrsdən, gendən asılı olaraq dərmanlar insanlarda fərqli-fərqli təsir edə bilər. Həkimlər bir dərman yazanda onun əsas xassələrini bilməlidir.
"Dərmanın təsiri yoxdur" fikri düzgün deyil. Həmişə demişəm ki, dərman canlıdır. Çünki ayrı-ayrı kimyəvi maddələrdən ibarətdir. Dərmanın o zaman təsiri olmaz ki, vaxtı keçər, tərkibi dəyişilər".
Bəs, məsələnin hüquqi tərəfi necədir?
Hüquqşünas Çingiz Qənizadə məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, firma dərmanları alan aptek sahibləri heç bir məsuliyyət daşımır:
"Əgər aptek sahibi dərmanları firmalardan alırsa, onun təsirsiz olması ilə bağlı heç bir məsuliyyət daşımır. Çünki firma həblərinin hamısı dövlət tərəfindən nəzarətdən keçirilir. Həmin dərmanların yararlılığı dövlətin üzərinə düşür. Dərmanlar üçün aptek satıcılarını günahlandırmaq başa düşülən deyil".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1577 Tarix: 12 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabr"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video
ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund
16 oktyabrİstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabr