"Qorçiçnik" və banka qoymaq təhlükəlidir - XƏBƏRDARLIQ

"Qorçiçnik" və banka qoymaq təhlükəlidir - XƏBƏRDARLIQÇoxlarına uşaqlıqda banka və ya "qorçiçnik" kimi tanıdığımız xardal tərkibli plastrlar qoyulub. Əvvəllər bu, soyuqdəymə xəstəliklərinin müalicəsi üçün ən etibarlı üsullardan sayılırdı. Lakin müasir təbabət belə metodların tərəfdarı deyil.

Sonxeber.az xəbər verir ki, ilkin tibbi-sanitar yardım üzrə rusiyalı mütəxəssis Andrey Tyajelnikov bu barədə "Moskva" agentliyinə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, banka dərini zədələyə bilər, xardal tərkibli plastrlar isə yüksək temperatur zamanı təhlükəlidir:

"Əvvəllər hesab olunurdu ki, "qorçiçnik" və bankalar qan dövranını stimullaşdırır, bronx və ağciyərləri isidir, lakin həqiqətdə dərin isinmə baş vermir. Onlar bədən hərarətini artıra bilər, bu isə artıq yüksək temperatur zamanı risklidir. Bankalar isə, xüsusilə təcrübəsiz bir insan tərəfindən qoyulsa, bədəni zədələyə bilər. İstənilən dəri qıcıqlanması və allergiya zamanı bu prosedurların hər ikisi qadağandır".

Kəskin respirator virus infeksiyaları (KRVİ), burun axma, öskürək zamanı həkim inhalyasiya etməyi məsləhət görüb:

"Buxar bəlğəmi mayeləşdirir, selikli qişanı nəmləndirir və təmizləyir. Eyni zamanda, kartof üzərində nəfəs alma kimi inhalyasiya üsullarında bir sıra məhdudiyyətlər var. Onlar faydalıdır, lakin xəstəliyin bütün dövrlərində yox. Yüksək temperatur zamanı isə ümumiyyətlə edilməməlidir".

Natəvan Baxşiyeva


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1634   Tarix: 20 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

6 sentyabr
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13 sentyabr
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

8 sentyabr
.

Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər

Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib

8 sentyabr
.

Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?

Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır. Bəs, hovu

7 sentyabr
.

C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..

Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat

1 sentyabr
.

Hədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA

Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm

8 sentyabr
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

10 sentyabr
.

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq

Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay

6 sentyabr