İranda soydaşlarımız basqı altındadır - VİDEO

İranda soydaşlarımız basqı altındadır - VİDEOİranda vəziyyət getdikcə gərginləşir, ölkədə günü-gündən artan aksiyalara xaricdə yaşayan İran vətəndaşlarından da dəstək gəlib. 22 yaşlı Məhsa Əmininin İranda qadınlar üçün sərt geyim qaydalarını pozması iddiası ilə həbsdə öldürülməsinə görə aksiya keçirən sakinlərin etirazi indi İran rejiminə qarşı yönəlib. Rejim isə ictimaiyyətin fikrini daxildə yaşanan gərginlikdən yayındırmaq üçün gah İraq Kürdüstanını bombardman edir, gah da Azərbaycanla sərhəddə təlimlər keçirir. Uzun illərdir İran rejimi ilə mübarizə aparan bu gün isə İsveçə sığınan soydaşımız Fruq Əsədpur bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya öz gücünü nümayiş etdirəndən sonra İranda soydaşlarımıza olan münasibət daha da kəskinləşib. Amma İran rejimi anlamalıdır ki, orda yaşayan azərbaycanlılra qarşı qaydalar nə qədər sərt olsa da, 35 milyonun ürəyindən Azərbaycan sevgisini çıxara bilməz.

İranın ermənipərəst mövqeyi bizə də məlumdur. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərini bərabər talayadılar. Biz ərazi bütövlüyümüzü bərpa etdikdən sonra isə Ermənistanla əlaqələri kəsilməsin deyə İran Qafanda konsulluq açqdı. Tehranın ikiüzlü siyasətinin digər bariz nümunəsi də azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibətdir. İran hakimiyyəti azərbaycanlıları
bütün hüquqlardan hətta ana dilində təhsil almaqdan məhrum edib. Müsahibimiz bildirdi ki, bu münasibətin kökündə həm də güclənməkdə olan Azərbaycan-Türkiyə birliyi dayanır. Bu iki dövlətin birliyi İranı narahat edir.

Müsahibimiz onu da bildirdi ki, bu, gün İranda ən çox basqı altında olan qrup qadınlardır. Rejim onları islamın ziddinə getməkdə, ölkədə qarşıdurma yaratmaqda ittiham edir. Amma anlamırlar ki, İran qanunlarında sevə-sevə həyata keçirilən insanların edam edilməsi bəşəri cinayətlər qədər dəhşətlidir. Din pərdəsi altında gizlənən İranın terroru dəstəkləməsi, mafia qrupları yetişdirməsi, narkotik qaçaqmalçılığı və silah alverinə qədər müxtəlif yollardan istifadə etməsi heç kimə sirr deyil./ReaTv


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1249   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr