Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlirSon bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, həm də təhlükəsizlik sahəsində yüksək səviyyəli tədbirlərin eyni məkanda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma kimi qəbul olunduğunun, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün əlverişli və etibarlı məkan kimi tanındığının əyani göstəricisidir.
Beynəlxalq təşkilatlar arasında güc balansının dəyişdiyi, yeni regional birliklərin dünya siyasətinə təsir imkanlarının artdığı yeni siyasi mənzərədə TDT özünün tarixi, mədəni və geosiyasi potensialına söykənərək çağdaş dünyanın çoxqütblü modelində önəmli regional aktor kimi formalaşmaqdadır. Ümumiyyətlə, TDT-nin son illərdə qazandığı dinamik inkişaf onu yalnız türkdilli xalqların əməkdaşlıq platforması deyil, eyni zamanda, qlobal münasibətlər sisteminin yeni mərkəzlərindən biri olduğunu nümayiş etdirir. Reallıq həm də ondan ibarətdir ki, TDT üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə qarşılıqlı inteqrasiyanı daha da möhkəmləndirməklə yanaşı, Avrasiya arealında sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın təminatçısı rolunu da öz üzərinə götürüb.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi bu sözlər mövcud reallığı, eləcə də perspektivi əks etdirir: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq".
Dövlət başçımız çıxışında bəzi beynəlxalq mərkəzlərdən TDT üzvü olan ölkələrin milli maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsiplərinin dəyişməz olaraq qaldığını vurğulamaqla bədxahlarımızın ünvanına ciddi xəbərdarlıq mesaji da göndərmiş oldu. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə" - mesajını verən dövlət başçımız bu zaman həmin qüvvələrin yalan və saxta informasiya üzərindən apardıqları zərərli fəaliyyətlərini daha çox gənclərin üzərinə yönəltmələrinə xüsusi diqqət verilməsinin vacibliyini önə çəkdi. İlham Əliyev onların əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəltdiklərini vurğuladı: "Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik".
TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Amma, bu, birgə əməkdaşlığa və təşkilatın inkişafına mane olacaq amil sayılmamalıdır. Xatırlatmaq yerinə düşər ki, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır. Bu müzakirələr qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini aktuallaşdırmaq imkanı deməkdir. Həm də ortada bir nümunə mövcuddur: Azərbaycan ilə Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi". Bu sənəd yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin təşkilat daxilində ortaq Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi əsaslı və arqumentlidir. Bu müqavilə iki dövlət arasında imzalansa da, əslində, orada əksini tapan məsələlər önəminə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da istifadə oluna bilər.
Prezidentin çıxışında bu konteksti xüsusi olaraq önə çəkməsi heç də təsadüfi deyildi: "TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir".
Çıxışında Azərbaycanda xain, antimilli, satqın strukturların, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıdığını da qeyd edən İlham Əliyev onların xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunduğunu deyərkən bunun səbəbini Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzinə sadiqliyin əsas istiqamət, başlıca tendensiya kimi qalmasını göstərdi. Bu zaman dövlətimizin başçısı onu da vurğuladı ki, bu tendensiyaya zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır.
Prezident İlham Əliyevin təkcə TDT məkanına deyil, beynəlxalq ictimaiyyətə ünvanladığı "Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir" siyasi ismarışı xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı vurğulayıb ki, buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 355   Tarix: 18 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

Zəfərin zirvəsindən görünən Şuşa

Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdi

2 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN YENİ DÖVLƏTÇİLİK REALLIQLARINA DOĞRU

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti konkret bir dövrün hüdudlarını aşaraq milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcək inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması məhz belə tarixi hadisələrdəndir. Bu qələb

2 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı oldu

"2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi

4 noyabr
.

Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi

Şimali Koreya Koreya yarımadasında hərbi gərginliyi artıran növbəti addım atıb. Pxenyan noyabrın 4-də ölkənin şərq sahilləri istiqamətində bir neçə ballistik raket buraxıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər Hamgyon-Namdo əyalətinin Sondok bölgəsindən atılı

4 noyabr