Həbsxanada 10 min adamın DƏHŞƏTLİ SONU

Həbsxanada 10 min adamın DƏHŞƏTLİ SONUTarix səhnəsi dəhşətli eksperimentlərin şahidi olsa da, San Quentin həbsxanasında baş verənlərə bənzər bir şey görmək çox çətindir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cinayət nisbətini azaltmaq üçün məhbuslar üzərində sterilizasiya təcrübələri həyata keçirən və edam edilənlərin cəsədlərindən aldıqlarını digər məhbuslara köçürən doktor Stenlinin etdikləri insanı heyrətləndirir.

Heç bir cərrahiyyə təcrübəsi olmamasına baxmayaraq, Leo Stenli 1913-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı San Quentin həbsxanasında baş cərrah kimi işə götürülüb. Həmin illərdə 6000 kişi məhbusun olduğu həbsxana dünyanın ən böyük həbsxanası idi.

Stenli burada məhbuslar üzərində müxtəlif təcrübələr etmək istəyib. Xəstəlikləri və anormallığı olan Stenli bu insanları cinayətdən azad olaraq sosial həyata yenidən inteqrasiya edə biləcəyini düşünürdü.
Həbsxanada 10 min adamın DƏHŞƏTLİ SONUBu məqsədlə də o, təxminən 40 il ərzində ofisindən tədqiqat laboratoriyası kimi istifadə edib, xəstəliyin cinayətlə əlaqəsi haqqında məlumat toplayıb və məhbusların anormallıqları üzərində qəribə tibbi təcrübələr edib. Həbsxananın qapısından içəri girən hər yeni məhbusun yaralarını, doğuş ləkələrini və digər xəstəliklərini bir-bir yoxlayıb.

'Normal" hala gətirmək istədi

Bu təcrübələrin cəmiyyətin və özlərinin xeyrinə olduğunu düşünən məhbuslar təcrübələri çox sevirdilər. Çünki bunun öz xeyirlərinə olduğunu düşünürdülər. Əvvəlcə idman və sağlam qidalanma təcrübələri müalicəvi idi.

Həbsxanadakı monotonluqdan azad olmaqla yanaşı, göstərilən əlavə diqqət də məhbusları heyran etmişdi. Axı, Leo Stenli kimi yaxşı bir həkimlə nə pis ola bilərdi? Təbii ki, o zamanlar onun 20-ci əsrin əvvəllərində tibb aləmində məşhurlaşan xaya transplantasiyası nəticəsində kişilərin cavanlaşması ilə bağlı fikirlərindən xəbərsiz idilər. Bundan başqa, Stenli yevgenikanın (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə-red.) sadiq müdafiəçisi idi.

"Ən yaxşı şey neytral olmaqdır"

Yevgenika, qeyri-sağlam dölləri ayırmaq və sağlam olanları böyütmək yollarını axtaran mübahisəli bir fəlsəfə olaraq təqdi olunur. Stenlinin sözlərinə görə, bu məhbuslar həm də sağlam olmayan döl nümunələri idi.

Qismən Cənubi və Mərkəzi Avropadan gələn mühacir dalğalarına cavab olaraq, bu hərəkatın son məqsədi "selektiv yetişdirmə"ni təşviq etmək idi. Yevgenikaya görə, ən yaxşı insan nəsli Skandinaviya, Alman və ya Anglo-Saksonlardan gəlirdi. Yevgenika hərəkatının ən dəhşətli yanaşmalarından biri kasıbların, əlillərin və cinayətə görə məhkum edilmiş hər kəsin məcburi sterilizasiyası idi.

Doktor Stenli 1940-cı ildə nəşr olunan "Ən pis adamlar" kitabında yazırdı: "Cinayətkarla ediləcək düzgün şey, öz növünü davam etdirməməsi üçün onu sterilizasiya etməkdir". O, həmçinin San Quentin məhbuslarının 20 faizinin zəif olduğunu və buna görə də hamısının sterilizasiya edilməli olduğunu söyləyirdi.

Stenlinin fikrincə, uşaq dünyaya gətirmək hüququ ən güclülərə məxsus olmalıdır. Buna görə də o, məhbusların cinayətkar istəklərinin qarşısını almaq üçün sterilizasiyanı təbliğ edirdi. O vaxt Kaliforniya qanunları da Stenliyə məhbusları zorla sterilizasiya etməyə icazə verirdi, ancaq müəyyən dərəcədə. Beləliklə, əgər məhbus sterilizasiya tələb etsə, Stenli bunu məmnuniyyətlə edərdi.

Jurnalist ortaya çıxardı

Lakin Stenli üçün dönüş nöqtəsi Klarenke Buk Kellinin həbsxanaya gəlməsi olub. Kelli 1918-ci ildə San-Fransiskoda həddindən artıq alkoqolizmin təsiri altında törətdiyi cinayətlərə görə iki dostu ilə birlikdə San Quentinə göndərilir. 23 yaşlı Kellini əla fiziki nümunə kimi görən Stenli daha sonra bunu heyrətamiz təcrübələrinin bir hissəsinə çevirib.
Həbsxanada 10 min adamın DƏHŞƏTLİ SONU1918-ci ildən başlayaraq həbsxanada ildə orta hesabla üç dəfə edam gerçəkləşdirilirdi. Yaxınlarının sahib çıxmadığı meyitlər alimlərə verilirdi. Buk Kellinin də törətdiyi cinayətlərə görə edam ediləcəyini öyrəndikdən sonra Stenliyə beyni də daxil olmaqla, bütün bədənini "bağışlayıb".

"San Quentin"də edam edilən bütün məhbusların yarılmaları müntəzəm olaraq həyata keçirilirdi və bunu baş cərrah Stenli edirdi. O, həmçinin Kelli üzərində yarılma edib və bu zaman testislərini çıxarıb. Bu vəziyyət mətbuata sızdıqca jurnalistlər Kellinin çatışmayan hissələri ilə maraqlanmağa başlayıblar.

Bir müxbir "San Quentin"dəki qeydləri araşdırdıqda, edam edilən bütün məhbusların testislərinin Stanley tərəfindən çıxarıldığını aşkar edib. Kellinin ailəsi daha sonra həkimi və həbsxananı məhkəməyə verib. Stenli işini və tibbi lisenziyasını itirməkdən qorxurdu. Lakin bu illər ərzində göstərdiyi xoşməramlılığa görə onun həbsdə qalmasına icazə verilir və işə xitam verilir.

Birindən alıb digərinə köçürdü

Bəs Stenli nə etmi.di? Stenli 23 yaşlı Kellinin xayalarını qocaya köçürmüşdü və qocaya demişdi ki, bir neçə gündən sonra o, gənc sıpa kimi ayağa qalxacaq. 1918-1927-ci illər arasında Stenli 30 oxşar əməliyyat keçirib və bunu "testis implantasiyası" adlandırıb. Stenli, məhbusların müalicələrdən çox faydalandıqlarını iddia edib.

Stenlinin sözlərinə görə, məhbuslar daha yaxşı yatıb, daha yaxşı qidalanıb, daha güclü, daha aktiv və enerjili olublar. O, həmçinin onun prosedurlarının sızanaq, melankoliya, diabet, astma və zəifləmiş immunitet üçün müsbət nəticələr verdiyini iddia edib.

O, məhbusların xarici görünüşünün onlara iş tapmasına kömək edə bilirsə, cinayət törətmə ehtimalının azalacağına inanaraq, onlara plastik əməliyyat da etdirib. O, yanında təcrübə keçənləri məhbuslar üzərində eksperimentlər aparmağa təşviq edərək, "xəstələrin gündəlik müşahidə altında ola biləcəyini və "təqib" şərtlərinin ideal olduğunu" açıqlayıb.

Tibb tarixçiləri tərəfindən geniş şəkildə ələ salınan Stenli 1951-ci ildə "San Quentin"dən təqaüdə çıxıb. O, qalan illəri Kaliforniyanın Marin qraflığında yerləşən "Krest Farm Ranch"da sərnişin gəmilərində həkimlik və at sürməklə keçirib. İki dəfə evli olmasına baxmayaraq, uşaq sahibi olmayan Stenli 1976-cı ildə 90 yaşında vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2098   Tarix: 24 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl

15 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

CNN: Ukrayna Patriot raketlərisiz qalıb

Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib

16 oktyabr
.

Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır

Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü

16 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr