Əli İnsanov Milli Məclisdə çıxış etdi
"Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. 60 siyasi partiya 60 siyasi platforma deməkdir".
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov deyib.
O bildirib ki, Azərbaycanda artıq siyasətlə məşğul insanlar 60 yerə parçalanıb: "Cəmiyyətimizdə radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurlar var. Daha ciddi problem olaraq isə dini fanatizmə meylli insanlar var. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısı ciddi şəkildə alınmalıdır. Belə təhlükələrin siyasi partiyalara sızmasının qarşısının alınması layihədə də əksini tapmalıdır. Demokratik Fransanın ermənipərəst prezidenti Makron, yaxud Avropa Parlamentinin illərdir erməniləri dəstəkləyən deputatının fikirlərini, demokratiyanın beşiyi sayılan ABŞ Konsqresində erməni lobbisindən güc alan senatorların səs verdiyi layihələri, qanunları biz əsasmı götürməliyik?! Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr. Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək mükəmməl qanun qəbul edəcəyimizə şübhə etmirəm. Mən çox istərdim ki, bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu, Azərbaycanın xeyrinə olsun".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3981 Tarix: 24 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr